Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:36

Belaruslu diplomat: xalq ‘gözardı olunmaqdan yorulub’


Saxlanan jurnalistlərə azadlıq tələb olunur
Saxlanan jurnalistlərə azadlıq tələb olunur

Belarusdakı etirazları dəstəklədikdən sonra istefa vermiş diplomat deyir ki, xalq verdiyi səslərin “gözardı olunmasından” yorulduğundan küçələrə çıxıb. 9 avqust seçkisindən sonra Alyaksandr Lukaşenkanın səslərin 80 faizdən çoxunu yığdığı açıqlanandan sonra ölkəni kütləvi etirazlar bürüyüb.

Lukaşenkaya qarşı olan istənilən namizəd

İhar Lyaşçenya (Ihar Lyashchenya) avqustun 18-də Belarusun Slovakiyada səfiri postundan istefa verib. Bundan iki gün öncə o, ölkəsində Lukaşenkaya qarşı yürüşləri açıq dəstəkləmişdi.

Hazırda Minskdə olan Lyaşçenya sentyabrın 4-də “Current Time”a deyib ki, Belarusdakı durum “spesifikdir”, çünki Belarus “xalqı elə bir həddə çatdırılıb ki, Lukaşenkaya qarşı çıxan istənilən namizədə səs verməyə hazır olublar”.

Etirazçılar seçkinin saxtalaşdırıldığını, müxalifətin namizədi Svetlana Tixanovskayanın seçkini udduğunu deyirlər.

“Adamlar namizədlərə onların proqramlarını bilmədən səs verirdilər. Tixanovskayanın proqramı beləydi ki, ‘Mən yeni seçki təşkil edəcəyəm’. Məsələ bundadır. Əlbəttə, aydın liderlər yox idi… Adamlar aldatmağa, səslərinin gözardı olunmasına qarşı çıxırdılar. Adamlar qanunsuzluqdan qəzəbliydilər… Xalqın əsas siyasi azadlıqlar uğrunda tələbləri haqda danışırıq”, – Lyaşçenya vurğulayıb.

Rusiya ilə sazişlər

O həm də ümidvar olduğunu bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin dəstəyini əldə etmiş Lukaşenka Kremllə “ciddi nəticələri olacaq sazişlər imzalamayacaq”.

Putin Lukaşenkanı seçkidə “qələbəsi” münasibətilə təbrik edib, bəyanatında Rusiyanın dəstək verəcəyi qeyd olunub.

Bu arada həftənin əvvəlində saxlanmış altı belaruslu jurnalist Minskdə məhkəmə qarşısına çıxarılır.

Jurnalistlər sentyabrın 1-də Lukaşenkaya qarşı tələbə etirazını işıqlandırarkən saxlanıblar. Qanunsuz yürüşdə iştirakda təqsirli bilinsələr, ya cərimələnəcəklər, ya da 15 günlüyə həbs olunacaqlar.

Müxalifətin namizədi, hazırda Litvada olan Svetlana Tixanovskaya isə sentyabrın 4-də BMT-nin Təhlükəsizlik Şurasında çıxış etməlidir.

Sentyabrın 3-də Minskdəki etirazlarda isə 26 nəfər ictimai tədbirlər haqqında qanunu pozduğuna görə saxlanıb. Məlumatı Daxili İşlər Nazirliyi yayıb.

XS
SM
MD
LG