Keçid linkləri

2024, 06 Noyabr, çərşənbə, Bakı vaxtı 21:44

Oqtay Gülalıyevin çəkisi artır, şüuru isə hələ də...


O.Gülalıyev
O.Gülalıyev

10 ay öncə Bakıda avtomobillə vurulan hüquq müdafiəçisi Oqtay Gülalıyevin İstanbulun Amerika Xəstəxanasında müalicəsi davam edir.

Bunu AzadlıqRadiosuna O.Gülalıyevin xanımı Firuzə Gülalıyeva bildirib. Onun deməsinə görə, O.Gülalıyevin çəkisində artım var, duyğuları, reaksiyaları dəqiqləşir:

"Amma şüur oyanıqlığının nə zaman baş verəcəyi hələ də bilinmir. Oqtayı müalicə edən həkimlər də bu halın nə zaman baş verəcəyini deyə bilmirlər. Amma biz Türkiyəyə gələndə Azərbaycanda hakimlər onun, ümumiyyətlə, yaşama şansını 20 faiz dəyərləndirmişdilər. Amma şükürlər Oqtay hələ yaşayır, səhhətində irəliləyişlər var, nəfəs alması daha da rahatlaşıb. Türkiyədə əməliyyatları uğurlu keçib. Əməliyyatdan sonra hər hansı fəsad olmayıb".

O.Gülalıyevin Türkiyədə sonuncu əməliyyatı bu il iyulun sonlarında gerçəkləşib.

O, daha əvvəl iki dəfə Türkiyədə və bir dəfə Azərbaycanda əməliyyat olunub.

Xatırlatma

Oqtay Gülalıyev 2019-cu il oktyabrın 29-da Bakının mərkəzində yol-nəqliyyat qəzasına düşüb. Həmin gün axşam Kliniki Tibbi Mərkəzə gətirilib. Oktyabrın 31-də isə "City Hospital"da əməliyyat edilib. Noyabrın 1-də Bakıdakı Respublika Neyrocərrahiyyə Xəstəxanasına köçürülüb. 2019-cu il noyabrın 5-də Heydər Əliyev Fondunun dəstəyi ilə müalicəsini davam etdirmək üçün Türkiyənin İstanbuldakı Avrasiya Klinikasına yerləşdirilib. Noyabrın 20-dən onun müalicəsi Amerika Xəstəxanasında davam etdirilir.

Avtomobil qəzası ilə bağlı cinayət işi açılıb. Amma istintaq qurumu qəzanın qəsdən törədilmədiyi qənaətini açıqlayıb. O.Gülalıyevin vurulduğu avtomobilin sürücü də qəzanı qəsdən törətmədiyini, bunun ehtiyatsızlıqdan baş verdiyini söyləyib.

Ancaq Azərbaycanda bəzi fəallar və müxalifət təmsilçiləri rəsmi açıqlama və sürücünün dediklərinə şübhə ilə yanaşırlar.

XS
SM
MD
LG