Keçid linkləri

2024, 06 Noyabr, çərşənbə, Bakı vaxtı 23:28

“Əgər hökumət özəlləşdirmə istəyirsə...”


Azerbaijan State Railway Committee
Azerbaijan State Railway Committee

Azərbaycan Dəmir Yolları (ADY)  qapalı səhimdar cəmiyətində (QSC)  ölkə başçısının avqustun 6-da keçirilən müşavirədəki çıxışından irəli gələn məsələlərlə bağlı videokonfrans formatında geniştərkibli iclas olub. Bu haqda məlumatı həmin qurum   avqustun 11-də yayıb.

Bundan əvvəl Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) də eyni mövzuda toplantı olmuşdu. Orada qeyd edilmişdi ki, bir müddət əvvəl SOCAR 2035-ci ilə qədər olan dövrü əhatə edən yeni strategiyasını McKinsey şirkəti ilə birlikdə hazırlamağa başlayıb və yaxın zamanda hökumətə təqdim etməyi planlaşdırır.

“Strategiyanın əsas prinsipləri şirkətin dayanıqlı inkişafı, təkmilləşmiş effektiv idarətmə sisteminin tətbiqi, sosial və ekoloji məsuliyyətin təmin olunması, ölkəmizin yanacaq enerji tələbatı ehtiyaclarının dəyərləndirilməsi və şirkətin gəlirliliyinin təmin olunması ilə yanaşı borcların idarə olunmasıdır”,deyə SOCAR bildirmişdi.

Cavid Qurbanov - “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri
Cavid Qurbanov - “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri

ADY-dən açıqlamaya görə, də onların iclasında da qurumun fəaliyyəti barədə dövlət baçısı İlham Əliyevin səsləndirdiyi fikirlərdən irəli gələn məsələlər müzakirə edilib. “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, dövlət başçısı cənab İlham Əliyevin çıxışında səmərəliliklə bağlı qeyd edilən haqlı iradları iclasda səsləndirərək, bu istiqamətdə Cəmiyyətin fəaliyyətinin təkmilləşdirilməsinin, idarəetmə sistemində münasibətlərə yeni müstəvidə baxılması məqsədilə işlərin sürətləndirilməsinin vacibliyini vurğulayıb”,məlumatda bildirilir.

Dövlət başçısı avqustun 6-da nə demişdi?

Avqustun 6-da keçirdiyi müşavirədə prezident iri vergi ödəyiciləri olan AZAL

İlham Əliyev - Azərbaycan prezidenti
İlham Əliyev - Azərbaycan prezidenti

(Azərbaycan Hava Yolları), SOCAR, “Azərenerji”, “Azərsu” və ADY kimi aparıcı dövlət şirkətlərinin fəaliyyətini tənqid etmişdi. Dövlət başçısı demişdi ki, dövlət şirkətlərinə ayrılan vəsait o şirkətlərin səmərəliliyi ilə üst-üstə düşmür. “...Dəmir yolu da, həmçinin. Yeni xətlər çəkilir, yeni vaqonlar, yeni lokomotivlər alınır, yüz milyonlarla manat vəsait ayrılır. Bəs, bunun səmərəsi haradadır? Axı, səmərə ilə işləməlidir”, deyə o vurğulamışdı.

Davosdakı göstəricilər

Hərçənd, yaxın tarixdə bu sahələrdə vəziyyəti rəsmilər bir qədər fərqli dəyərləndirirdilər.

2019-cu il üçün Beynəlxalq İqtisadi Forumun qiymətləndirməsinə əsasən isə Azərbaycan “Dəmiryolu xidmətinin səmərəliliyi” göstəricisinə görə, 141 ölkə arasında 11-ci, “Hava nəqliyyatının səmərəliliyi” göstəricisinə görə, 12-ci, “Dəniz limanlarının səmərəliliyi” göstəricisinə görə 25-ci, “Yol infrastrukturun keyfiyyəti” göstəricisinə görə də 27-ci yeri tuturdu.

ADY-nin 2019-cu il göstəriciləri

Açıqlanan rəsmi rəqəmlərə görə, Azərbaycan Dəmir Yolları QSC-nin 2019-cu ildə yük və sərnişin daşımalardan gəlriləri 299,8 milyon manat olub.Bildirilir ki, bu da 2018-ci ilin göstəriciləri ilə müqayisədə 10,7 faiz çoxdur.

Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin açılış mərasimi
Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin açılış mərasimi

Hökumətdən verilən məlumata görə, 2019-cu ildə Azərbaycanın dəmiryol infrasturkturun inkişafına kapital qoyuluşu isə 1 milyard 1,3 milyon manat, o cümlədən dövlət uinvestisiya qoyuluşu 653, 9 milyon manat olub.

Bəzi ekspertlər düşünür ki, indi əslində dövlət başçısı xarici investorların ölkəyə cəlb edilməsi və müəssisələrin dövlətsizləşdirilməsi zərurətini əsaslandırmağa çalışır.Onlar hesab edir ki, koronavirus pandemiyası və dünya bazarında neftin ucuzlaşması ilə bağlı Azərbaycan iqtisadiyyatının tənəzzülü ( Ümumi Daxili Məhsulda azalma var-red) hökuməti dövlət büdcəsi üçün yükə çevrilən strateji dövlət şirkətlərinin inkişafına xarici investorları cəlb etmək barədə ciddi düşünməyə məcbur etdi.

... Məhkəmə hakimiyyəti müstəqil olmalıdır”

Natiq Cəfərli
Natiq Cəfərli

İqtisadçı-ekspert Natiq Cəfərli Azadlıq Radiosuna deyib ki, hökumət indi gəlirlərin azalması ilə bağlı özəlləşmə üçün bir qapı açır. “İnvestorları cəlb etmək üçün ölkədə qanunvericilik təkmilləşməli, məhkəmə hakimiyyəti müstəqil olmalıdır. Azərbaycan Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmalı, Avropa Birliyi ilə saziş imzalamalıdır, bu investorlar üçün pozitiv siqnal ola bilər” deyə ekspert bildirir.

Onun fikrincə, hökumət investisiyaları cəlb etmək üçün özəlləşdirməyə start vermək istəyirsə ciddi proqram hazırlanmalı, prqram həm idarəetməni, qanunvericiliyi, həm də məhkəmə hakimiyyətini özündə ehtiva etməlidir.

Azərbaycan Hava Yolları (AZAL) qapalı səhimdar cəmiyyəti və başqa qurumlarda isə, bu tip müzakirələrin keçirilib-keçirilmədiyi ilə bağlı məlumat verilmir.

XS
SM
MD
LG