Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 08:42

Konqres respublikaçılarının sanksiya tövsiyəsində Ivanishvili-nin adı çəkilir


ABŞ Nümayəndələr Palatasında “respublikaçıların təhqiqat komitəsi” adlı qrup Vaşinqtonun Rusiyaya münasibətdə siyasətinin daha da sərtləşdirilməsi üçün tövsiyələr hazırlayıb.

Komitənin “Amerikanın gücləndirilməsi və qlobal təhlükələrin dəf edilməsi” adlı hesabatında söhbət ABŞ-ın respublikaçıların ənənəvi düşmən hesab etdikləri İran, Çin və Rusiya ilə bağlı siyasətinin yönləndirilməsindən gedir.

Moskvaya qarşı ən sərt tədbirlər

Sənədin Rusiyaya həsr olunmuş bölümündə Kremlin aqressiv davranışlarının önlənməsi məqsədilə “çəkindirmə strategiyasının” zəruruliyindən söz açılır.

Komitə bu sənədlə Konqresə Rusiyaya qarşı “indiyədək qəbul edilmiş sanksiyalardan daha sərt sanksiya paketinin” qəbul edilməsini tövsiyə edir.

Sənəddə sadalanan tövsiyələr Rusiyanın neft-qaz aktivlərinin, onun xarici borcunun hədəflənməsini nəzərdə tutur.

Hesabat müəlliflərinin fikrincə Moskva ABŞ-ın terrorçu hesab etdiyi təşkilatları – Hizbullah, Həməs və Rusiya İmperiya Hərəkatını dəstəkləyir.

Komitə Moskvaya qarşı tədbir kimi Rusiyanın SWIFT ödəniş sistemindən çıxarılmasını tövsiyə edir.

Rusiyanın keçmiş respublikalardakı dostları

Hesabatda başqa ölkələrdə Rusiyanın maraqlarını yürüdən siyasətçilərdən də bəhs olunur.

Bunların sırasında Ukraynada müxalifət siyasətçisi Viktor Medvedchuk-un və Gürcüstanda oliqarx Bidzina Ivanishvili-nin adları çəkilir.

Hesabat müəlliflərinin fikrincə, ABŞ-ın sanksiyaları “Rusiyanın keçmiş sovet respublikalarını qarışdıran bu kimi dostlarını lazımınca əhatə etməyib”.

Hesabatda deyilir ki, Ivanishvili Rusiyanın xeyrinə olaraq Gürcüstanın sabitliyini pozmağa çalışır.

Sənəddə qeyd edilir ki, ABŞ Ukrayna və Gürcüstana dəstəyini artırmalıdır.

Rusiya xalqı ilə birbaşa ünsiyyət

Hesabatda bu da xatırtladılır ki, Rusiya Yaxın Şərq, Venesuela və Ukraynada Amerika maraqlarına zidd siyasət yürüdür.

Hesabat müəllifləri habelə “Rusiya xalqı ilə birbaşa ünsiyyəti” tövsiyə edirlər.

Bu sənədə münasibət bildirərkən Kremlin sözçüsü Dmitry Peskov deyib ki, “o bu planların elə bəyanat şəklində qalmasını və həyata keçməməsini istərdi”.

ABŞ Konqresində Rusiya siyasəti ilə bağlı qəbul edilən qanunvericilik aktları adətən hər iki partiya tərəfindən dəstəklənir.

Hesabatı maraqlı edən məqamlardan biri də respublikaçı prezident Donald Trump-ın Rusiya ilə yaxşı münasibətlərə can atdığını dəfələrlə bəyan etməsidir.

XS
SM
MD
LG