Keçid linkləri

2024, 06 Noyabr, çərşənbə, Bakı vaxtı 09:41

Khamenei koronavirusdan ölən tibb işçilərini ‘şəhid’ elan edir


Ali rəhbər ayətüllah Ali Khamenei martın 3-də Tehranda keçirilən ağacəkmə mərasimində qoruyucu əlcəklə iştirak edib
Ali rəhbər ayətüllah Ali Khamenei martın 3-də Tehranda keçirilən ağacəkmə mərasimində qoruyucu əlcəklə iştirak edib

İran bildirir ki, son 24 saatda ölkədə koronavirusdan ölənlərin sayı daha 54 nəfər artaraq 291-ə çatıb.

Ölkədə rəsmən qeydə alınmış yoluxma hallarının sayı 8042-yə yüksəlib. Bu, bir gün əvvəlkindən 881 nəfər çoxdur.

İran Səhiyyə Nazirliyinin sözçüsü Kianush Jahanpur martın 10-da deyib ki, 2731 nəfər sağaldıqdan sonra xəstəxanalardan evlərinə buraxılıb.

İran Yaxın Şərqdə COVID19 xəstəliyinin ən geniş yayıldığı ölkədir.

Bütün dünyada indiyədək 110 min insan yeni tipli koronavirusa yoluxub. Onlardan 4 min nəfəri dünyasını dəyişib.

Ali rəhbər ayətüllah Ali Khamenei bəyan edib ki, xidmətləri zamanı virusa yoluxaraq vəfat etmiş tibb işçiləri şəhid hesab ediləcək.

İranda rəsmən şəhid adına layiq görülənlərin ailələrinə müavinətlər və başqa dövlət yardımları verilir.

Khamenei habelə gələn həftə Novruz bayramı ilə bağlı Məşhəddə edəcəyi nitqi təxirə salıb.

Spirtdən zəhərlənmələr

Bu arada İranın IRNA agentliyi xəbər verib ki, ölkənin cənubundakı Əhvaz şəhərində 36 nəfər saxta spirt zəhərlənməsindən ölüb.

Xəbərdə deyilir ki, “bu adamlar spirtli içkilərin koronavirusun qarşısını ala biləcəyi barədə şayiələrə inanmışdılar”.

Əhvaz Condi Şapur Universitetinin Tibb Elmləri fakültəsinin sözçüsü Ali Ehsanpour deyib ki, xəstəxanalara belə zəhərlənmə diaqnozu ilə ümumilikdə 270 nəfər qəbul olunub.

Xuzistan ostanı prokurorunun müavini Ali Biranvandin sözlərinə görə saxta spirt satan 7 nəfər həbs edilib.

İranda koronavirusa ən çox yoluxma paytaxt Tehranda və Qum şəhərində qeydə alınıb.

XS
SM
MD
LG