Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 11:30

Ukraynada separatçılar jurnalistə 15 il həbs cəzası kəsib


Stanislav Aseyev
Stanislav Aseyev

Ukraynanın şərqindəki Donetsk regionunda məhkəmə jurnalist Stanislav Aseyev-i 15 illik həbs cəzasına məhkum edib. Bu regionun bəzi hissələri Rusiyanın dəstəklədiyi separatçıların nəzarətindədir.

Donetskin DAN xəbər agentliyinin oktyabrın 22-də verdiyi məlumata görə, məhkəmə Aseyev-i casusluqda, ekstremizmdə və ərazi bütövlüyünü pozmağa açıq çağırışlarda təqsirli bilib.

AzadAvropa/AzadlıqRadiosu ilə əməkdaşlıq edən Aseyev Stanislav Vasin təxəllüsü ilə yazırdı. O, 2017-ci il iyunun 2-də Ukraynanın Donetsk regionunda itkin düşüb və o vaxtdan separatçıların əlindədir.

“Stanislav Aseyev-ə qarşı avqustda çıxarılmış, ancaq bu gün açıqlanan hökmü qınayırıq”, – Radionun Prezidenti Jamie Fly deyib.

“Stas jurnalistdir və Ukraynanın şərqindəki vəziyyətlə bağlı informasiya verməyə çalışırdı. Bu hökm Donetskdə Rusiyanın dəstəklədiyi separatçıların onun güclü, müstəqil səsini susdurmaq cəhdidir. Stas dərhal azad olunmalıdır”, – Fly vurğulayıb.

30 yaşlı jurnalist Donetsk separatçıların nəzarətinə keçəndən sonra şəhərdə işini davam etdirən azsaylı reportyorlardan idi.

Avqustda ABŞ konqresmenlərinin bir qrupu Aseyevi dərhal buraxmağa çağırıb, onu “obyektiv xəbərləmə işi üçün separatçıların nəzarətində olan regionda qalan azsaylı müstəqil jurnalistlərdən biri” adlandırıb.

İyulda respublikaçı senator Marco Rubio jurnalistin buraxılmasına çağırırdı.

“Sərhədsiz Reportyorlar” (“Reporters Without Borders”) media hüquqları təşkilatı da Aseyev-in müalicəsi sarıdan narahatlıq bildirib, onun “getdikcə daha çox əndişə yaratdığını” vurğulayıb.

AzadAvropa/AzadlıqRadiosu Ukrayna xidməti ilə əməkdaşlıq edən Oleh Halaziuk-un da buraxılmasına çağırır. Jurnalist 2017-ci ilin avqustundan Donetskdə separatçılar tərəfindən saxlanıb.

XS
SM
MD
LG