Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 11:26

Əli İnsanov bəyanat verdi


Əli İnsanov: «İlham Əliyev, sən xalqımın dostu yox, düşmənisən»
Gözlə

No media source currently available

0:00 0:02:49 0:00

Əli İnsanov: «İlham Əliyev, sən xalqımın dostu yox, düşmənisən»

«Heç bir ittiham, təzyiq, təsir məni mövqeyimdən və mübarizəmdən çəkindirə bilməz. Mən nikbinəm və sakitəm. Mübarizəmi sonadək davam etdirəcəyəm».

Vəkil Toğrul Babayevin «Amerikanın Səsi»nə deməsinə görə, bu bəyanatı sabiq səhiyyə naziri Əli İnsanov verib.

T.Babayevin bildirməsinə görə, Ə.İnsanov psixoloji cəhətdən bu ittihamlara hazır idi: «Səhhətində də heç bir problem yoxdur».

Avqustun 24-də 13 saylı cəzaçəkmə müəssisində sabiq nazirə C.M-nin 315.2 (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) , 234.1 (satış məqsədi olmadan narkotik vasitələri şəxsi istehlak miqdarından artıq əldə etmə) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması və istifadəsi) maddələri ilə ittiham elan edilib.

Buna da bax-Əli İnsanov daha 10 il həbsdə qala bilər

T.Babayev bildirib ki, Ə.İnsanov avqustun 24-də Qaradağ Rayon Məhkəməsinin qərarı ilə oktyabrın 23-dək 1 saylı Bakı İstintaq Təcridxanasına etap olunub. Yeni qaldırılmış cinayət işinin istintaqını Qaradağ Rayon Prokurorluğu aparır.

«Əli İnsanov ittihamları qəbul etmir və istintaqa ifadə verməkdən imtina edib. O, ittihamı qurama adlandırır və həbsdən azad edilməməsinə yönəldiyini bildirib. İnsanovun həbsdən buraxılmasına cəmi 57 gün qalmışdı», - vəkil qeyd edib.

Əli İnsanov 2005-ci ilin oktyabrında parlament seçkiləri öncəsi dövlət çevrilişinə cəhdə hazırlıq ittihamı ilə həbs edilib. Sonradan ittiham iqtisadi cinayətlərlə əvəz olunub. Sabiq nazir 2007-ci ilin aprelində rüşvət almaq, vəzifə səlahiyyətlərini aşmaq və bir sıra iqtisadi cinayətlərdə günahlandırılaraq 11 il azadlıqdan məhrum edilib.

Buna da bax-Azər Rəşidoğlu: 'Əli İnsanova qarşı bu addım gözlənilən idi'

2013-cü il martın 14-də Avropa İnsan Hüquqları Məhkəməsi sabiq nazirin ədalətli mühakimə olunmadığı haqda qərar çıxarıb. Həmin qərara əsaslanan Azərbaycan Ali Məhkəməsinin Plenumu Ə.İnsanovun işini yenidən baxılması üçün apellyasiya instansiyasına göndərib.

2014-cü ilin fevralında Bakı Apellyasiya Məhkəməsi Ə.İnsanov barəsində çıxarılmış 11 illik həbs qərarını qüvvədə saxlayıb.

İnsanov hazırda iqtidarda olan Yeni Azərbaycan Partiyasının yaradıcılarından biridir. O, 1993-2005-ci illərdə səhiyyə naziri olub.

İnsanov məhkəmə iclaslarında hökuməti sərt şəklidə tənqid edib.

Bu il iyunun 7-də sosial şəbəkələrdə Ə.İnsanova qarşı həbsxana nəzarətçisinə zor tətbiqi ilə bağlı cinayət işi açılacağı barədə statuslar yer almışdı. Sonra sabiq nazirin vəkilləri bu məlumatı təkzib etmişdilər.

XS
SM
MD
LG