Keçid linkləri

2024, 29 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:31

XƏBƏRLƏR


Velaskesin London sərgisi əvvəlcədən rekord qırdı

Ünlü ispan rəssamı Dieqo de Silva Velaskesin İngiltərə paytaxtındakı sərgisi hələ açılmadan rekord qırıb. London Milli Qalereyasının verdiyi məlumata görə, Velaskes sənətini sevənlər öncədən 11 min bilet alıblar. Bu rəqəm Vermeyer, Tisian və Karavadconun əsərlərindən ibarət daha əvvəl keçirilən 3 sərgidən qat-qat böyük marağı ifadə edir. Bir biletin qiyməti 12 funt sterlinq və ya təxminən 20 yeni Azərbaycan manatıdır.



Uydurma personajlar azərbaycanlıların psixikasını korlayır


Bu sensasiyalı açıqlamanı ölkənin baş psixiatrı Ağabəy Sultanov dilə gətirib. O, «Exo» qəzetinə müsahibəsində bildirib ki, uydurma xarakterli istər yerli, istərsə əcnəbi obrazlar Azərbaycan sakinlərinin düşüncə və davranışlarına çox vaxt mənfi təsir göstərir: «Bəzi çağdaş şoular öz personajlarıyla xalqa dayaz yumor aşılayır və beləcə, bizə xas olan incə yumor ənənələrini unutdurur».



Bakıda Polşanın 1-ci Milli Sərgisi açılacaq


«Trend» agentliyinin verdiyi xəbərə görə, bu sərgi noyabrın 8-dən 10-dək keçiriləcək. 50-dən çox Polşa şirkətinin qatılacağı sərgi polşalıların aviasiya, yüngül sənaye, əzcaçılıq və kosmetika sahəsində nailiyyətlərini əks etdirəcək.


XS
SM
MD
LG