Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 10:32

Qaz, işıq və sudan istifadə ilə bağlı qanunvericiliyə təkliflər hazırlanmasına göstəriş verilib


Baş prokuror Zakir Qaralov qaz, işıq və sudan istifadədə qanun pozuntularına görə, məsuliyyətlə bağlı qanunvericiliyin təkmilləşdirilməsi barədə təkliflər hazırlanmasına dair göstəriş verib. Cənab Qaralov təkliflərin Ədliyyə Nazirliyi ilə birgə hazırlanmasını tövsiyə edib. Baş Prokurorluqdan bildiriblər ki, qanunvericiliyə təklif olunan dəyişikliklər qaz, işıq və sudan istifadədə qanun pozuntularıyla bağlı qaldırılan cinayət işlərinin tam və hərtərəfli araşdırılmasına və məhkəmələrin belə işlərlə bağlı yüngül cəzalar verməsinin qarşısının alınmasına yönəlib.


XS
SM
MD
LG