Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 20:25

Britaniya, Fransa və Almaniya Rusiyaya qarşı sanksiyalara razılaşırlar

Ukrayna səmasında Malaysia Airlines şirkətinə məxsus Boeing 777 təyyarəsi yerə düşərək partlayıb. 295 nəfər həlak olub.
Təyyarə yerə düşən zaman Ukrayna Rusiyanı öz ərazisindən atılan raketlərlə Ukrayna təyyarələrini vurmaqda ittiham edirdi.

Diqqət. Ukrayna hadisələrini daim yenilənən canlı bloqda izlə. «Davamı» düyməsini sıxmaqla bloqu vərəqləmək olar.

12:15 20.7.2014

UKRAYNA ORDUSU DONETSK AEROPORTUNU ƏLƏ KEÇİRİR

Bazar gününə keçən gecə Ukrayna hərbçiləri Donetsk aeroportuna nəzarəti ələ alıb. Məlumatı Ukraynanın müdafiə naziri Valeriy Heletey yayıb. Onun sözlərinə görə, ərazidə ordunun yeni blokpostları qoyulub. Silahlı separatçılar blokpostlara yaxınlaşmır, hərbçilərin mövqelərini Donetsk yaxınlığından minomyot atəşinə tutur.

Sərhəd rayonlarındakı hərbçilər iki dəfə minomyot atəşinə tutulub. Atəşin Rusiya ərazisindən açıldığı bildirilir.

12:20 20.7.2014

POROSHENKO SEPARATÇILARIN TERRORÇU ADLANDIRILMASINI İSTƏYİR

Separatçıların iddia olunan telefon danışıqları
Gözlə

No media source currently available

0:00 0:03:48 0:00

Ukrayna prezidenti Petro Poroshenko BMT-ni çağırıb ki, qondarma Donetsk və Luqansk respublikalarını terrorçu təşkilatlar siyahısına salsın.

Şənbə günü BMT-nin baş katibi Ban ki-Moon ilə telefon söhbətində Poroshenko bildirib ki, Ukrayna prezidentinin öz ərazisi və vətəndaşları qorumasına tam hüququ çatır.

Poroshenko Malayziya təyyarəsinin Donetsk üzərində qəzaya uğramasının beynəlxalq təhqiqatına tam açıq olduğunu bildirir.

14:20 20.7.2014

SEPARATÇILAR NƏYİ GİZLƏDƏ BİLƏRLƏR?

298 nəfərin ölümü ilə nəticələn MH17 təyyarəsinin qəzasından sonra mütəxəssislər hadisə yerinin mühafizəsiz qalmasından narahatlıq bildiriblər. 25 kvadrat kilometrlik bir ərazidə ancaq kiçik sahələr separatçıların mühafizəsinə götürülüb. Hadisə yerinə səfər edən Qərb jurnalistləri onlarla başlı-başına qalmış təyyarə parçalarını, meyidlər gördüklərini yazırlar. Təyyarənin qara qutularının və bəzi meyidlərin Donetskə aparılması bildirilr. Ukrayna Təhlükəsizlik xidmətinin veteranı Yevgeniy Marchuk özünün FB səhifəsində yazır ki, belə hallarda bəzi meyidlərdə təyyarəni vuran raketin qəlpələri olur. Sərnişin siyahısı ilə həmin meyidlərin hansı oturacaqda olduğunu müəyyənləşdirib, raketin təyyarəyə hansı bucaq altında dəydiyini hesablamaq olar. Bu məlumat isə öz növbəsində, raketin trayektoriyasını və atəş nöqtəsini aydınlaşdırmağa kömək edir. Marchuk hesab edir ki, separatçıların hadisə yerində işləyən mütəxəssisləri belə meyidləri aşkar edib, onları beynəlxalq təhqiqatdan gizlədə və ya məhv edə bilərlər. Onun daha bir iddiasına görə, təyyarənin qara qutularını Donetskə aparan şəxslər oradakı məlumatları poza və ya dəyişə bilərlər.

Davamı

XS
SM
MD
LG