Keçid linkləri

2024, 30 Oktyabr, çərşənbə, Bakı vaxtı 11:22

Güləş federasiyası Türkiyəli hakimi ittiham edir


Illüstrasiya fotosu
Illüstrasiya fotosu
Azərbaycan Güləş Federasiyası türkiyəli hakimlə bağlı rəsmi etirazını bildirəcək.

Bunu Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov azerisport.com-a açıqlamasında deyib. Baş katib azərbaycanlı idmançı Həsən Əliyevin iştirak etdiyi Avropa çempionatının finalında türk hakim Levent Shenin etdiyi hərəkətlərə qarşı rəsmii etiraz etmək niyyətində olduqlarını söyləyib:


"Döyüş zamanı hakimin başa düşülməyən qərarları, Azərbaycanın daha bir qızıl medalı itiməsinə səbəb oldu. Döyüşün sonuna 3 saniyə qalmış hakimin azərbaycanlı idmançıya xəbərdarlıq etməsi absurd bir məsələdir və nəticədə rəqib qələbə qazandı. Buna görə türk hakimlə bağlı rəsmi etiraz vermək barəsində qərar qəbul edilib”.

Finlandiyanın Vantaa şəhərində böyüklər arasında davam edən güləş üzrə Avropa çempionatı bu gün başa çatır.

Güləş Federasiyasından AzadlıqRadiosuna verilən məlumata görə, bu yarışmada indiyə qədər Azərbaycan güləşçiləri 3 qızıl, 3 gümüş medal qazanıblar. Qızıl medalların 1-ni qadın, 2-ni isə kişi idmançılar qazanıb.
XS
SM
MD
LG