Keçid linkləri

2024, 30 Oktyabr, çərşənbə, Bakı vaxtı 11:28

Nazirlik Avropa Olimpiadasına ingiliscə danışan həkimlər axtarır


İllüstrasiya fotosu
İllüstrasiya fotosu
Səhiyyə nazirliyi 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar olaraq, iştirakçılara və xarici qonaqlara keyfiyyətli tibbi xidmət göstərilməsi üçün tibb işçiləri yığır.

Nazirliyin saytında verilən elanda 3 ildən 10 ilə qədər tibb təcrübəsi olan, idmançılarla işləməyi bacaran, Azərbaycanda tibb fəaliyyətinə icazəsi olan həkim və tibb bacıları istənilir.

Bundan başqa ingilis dilini bilmək, danışmaq, çeviklik, komandada işləmək, vaxtdan səmərəli istifadə etmək bacarıqları da tələb olunan şərtlər arasındadır.
XS
SM
MD
LG