Keçid linkləri

2024, 30 Oktyabr, çərşənbə, Bakı vaxtı 11:23

Futbolçu «aktyorluğunu» boynuna aldı, hakim 11 metri ləğv etdi



Futbol hakimləri verdikləri qərarı çox nadir hallarda dəyişirlər. Çıxardıqları qərarın yanılış olduğunu başa düşəndən sonra belə hər şeyi qüvvədə saxlayırlar. Bu həftəsonu Bundesliqanın oyununa hakimlik edən Manuel Graf hakimlərin dönməzlik ənənəsini pozaraq, təyin elədiyi 11 metrlik cərimə zərbəsini bir neçə saniyə sonra ləğv edib.

Nürnberq və Verder Bremen görüşünün sonuna cəmi 15 dəqiqiə qalırdı. Qonaqların oyunçusu Aaron Hunt topu qəbul edib sürətlə Nürnberqin cərimə meydançasına daxil oldu, amma yolüstü müdafiəçi Javier Horacio Pinolo-nun yanından keçərkən topun ardınca quş kimi süzüb üzü üstə yerə yıxıldı. Demək olmazdı ki, onlar bir-birinə toxunmadı – azacıq da olsa toxundular. Amma Hunt-ın “artistliyi”ni nəzərə çarpmaqdan gizlətmək dərəcəsində yox.

Lakin hakim Manuel Graf onun fəndinə aldanmışdı və dərhal da əliylə 11 metrlik cərimə zərbəsi nöqtəsini göstərdi. Pinolo başını tutub heyrətlə ona etiraz etməyə hazılaşırdı, amma qarşısında açılan mənzərədn növbəti dəfə təəccüblənməli oldu. Hakim indi də əlilə əks tərəfi göstərirdi. Həmin bir neçə saniyə ərzində Hunt hakimə yaxınlaşıb qəsdən yıxıldığını etiraf etməyə macal tapmış, hakim də dərhal fikrini dəyişmişdi.

Məsələni başa düşən Piolo Hunt-ın centlemen hərəkətinə ona isti minnətdarlığını bildirməklə cavab verdi.

- Mən qəsdən müdafiəçiyə toxundum ki, 11 metrlik qazanım. Bu bir instinkt idi, amma səhv addım idi. – Deyə sonradan Hunt öz davranışını izah edib.

Ola bilər ki, Hunt-ın hərəkəti həm də onunla bağlıdır ki, onun komandası 2-0 hesabı ilə artıq oyunun taıeyini həll etmişdi. Bunula belə futbolçuların belə ifrat səmimiyyəti bəzən baş verir, amma hakimlərin qərarlarını dəyişməsi – çox nadir hallarda.

Məsələn, 1997-ci ildə Liverpool-Arsenal oyununda Robbie Fowler buna bənzər vəziyyətdə hakimə etirafını bildirsə də, hakim cərimə zərbəsini ləğv etmədi. Onda Fowler sadəcə olaraq 11 metri qəsdən elə vurdu ki, qol olmasın. Sonradan bu hərəkəti ona çoxlu Fair-Play mükafatı qazandırdı. İndi Aaron Hunt da belə bir mükafatın 2014-cü il qalibi adına ən layiqli namizəddir.

Necə bilirsən, hesab bərabər olsaydı, və eyni bir vəziyyət, fərz edək, Çempionlar liqasının finalında əlavə vaxtın sonuncu saniyələrində baş versəydi, Aaron Hunt və ya Robbie Fowler eynilə hərəkət edərdilər?
XS
SM
MD
LG