Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 00:20

Ukraynada Milli Birlik Hökuməti yaradılır

Kütləvi qətllərdə təqsirləndirilən keçmiş prezident Viktor Yanukovych axtarışa verilib. Onun Krım yarımadasında gizləndiyi ehtimal olunur.

Kütləvi qətllərdə təqsirləndirilən keçmiş prezident Viktor Yanukovych axtarışa verilib. Onun Krım yarımadasında gizləndiyi ehtimal olunur. Ukrayna keçid dövrünə qədəm qoyur. Fevralın 25-də Avromaydan inqilabında həlak olanların xatirəsi yad edilib


14:24 25.2.2014
UKRAYNADA MİLLİ BİRLİK HÖKUMƏTİ ELAN EDİLİR

Ukrayna parlamentinə Milli Birlik hökumətinin formalaşdırılmasına dair layihə təqdim edilib. Müzakirələrin fevralın 27-də başlayacağı gözlənirdi. Amma Prezidentin səlahiyyətlərini icra edən parlamentin spikeri Pleksander Turchynov bildirir ki, məsləhətləşmələr bir qədər uzun çəkə bilər.
17:01 25.2.2014
İnqilabın uşaqları. Kiyev 20 fevral 2014
İnqilabın uşaqları. Kiyev 20 fevral 2014


UKRAYNA HADİSƏLƏRİNDƏN DİGƏR ÖLKƏLƏRİN HAKİMİYYƏTLƏRİ HANSI DƏRS ALA BİLƏR?

«Avromaydan» hadisələrinin hakimiyyətlərə mesajı…Hakimiyyətlər bu hadisələrdən hansı mesajı aldılar?

Ukrayna parçalana bilərmi?

Siyasi şərhçilər Ərəstun Oruclu, Gültəkin Hacıbəyli və Azər Qasımlı bu haqda fikirlərini «İşdən sonra» proqramında bölüşürlər. Ətraflı burada bax
20:46 25.2.2014
Xarkov Avromaydan hərəkatının əleyhidarlarının əsas bölgəsi sayılırdı. Bu vilayətin rəhbəri Mikhail Dobkin Rusiyapərəst qüvvələrin təşkilatını yaratmaq təşəbbüskalarından biri idi. Lakin Avromaydan hərəkatı Rusiya ilə həmsərhəd olan bu vilayətə də gəlib çatıb. AzadlıqRadiosu Ukrayna xidməti Xarkovda kemirilən mitinqdən canlı yayım verir

Davamı

XS
SM
MD
LG