Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 18:27

Ukraynada Milli Birlik Hökuməti yaradılır

Kütləvi qətllərdə təqsirləndirilən keçmiş prezident Viktor Yanukovych axtarışa verilib. Onun Krım yarımadasında gizləndiyi ehtimal olunur.

Kütləvi qətllərdə təqsirləndirilən keçmiş prezident Viktor Yanukovych axtarışa verilib. Onun Krım yarımadasında gizləndiyi ehtimal olunur. Ukrayna keçid dövrünə qədəm qoyur. Fevralın 25-də Avromaydan inqilabında həlak olanların xatirəsi yad edilib


18:47 24.2.2014
Fevralın 24-də, parlamentdə qızğın müzakirələr getdiyi vaxt Kiyevdə həlak olanların anım mərasimi davam edir
Fevralın 24-də, parlamentdə qızğın müzakirələr getdiyi vaxt Kiyevdə həlak olanların anım mərasimi davam edir


Ukrayna Mərkəzi seçki komissiyası öz saytında yerləşdirdiyi məlumatda ölkədə seçki kampaniyasının artıq fevralın 25-dən başlandığını elan edib. Bildirlir ki, seçkilərin keçirilməsinə 2 milyard dollara yaxın vəsait tələb olunur. Parlament büdcədən vəsaitin ayrılması haqda qərar qıbul edib.

Bu günlərə qədər hakim olan Regionlar partiyası parlament fraksiyasnın nümayəndəsi elan edib ki, partiya müxalifətə keçir.

Parlamentin iclasında 2010-cu ildə Ukrayna konstitusiyasına dəyişiklik edən Konstitusiya məhkəməsinin hakimlərinin məsuliyyətə cəlb olunması təklif olunub.
19:24 24.2.2014
AUDİO - Ukraynada yaşayan Fuad Əliyev Ukraynanın STV kanalında rejisyyor işləyir. Elxan Nəsibli ilə müsahibəsində Fual Əliyev Kiyevdəki son vəziyyəti belə təsvir edir. (Fotoda prezident Yanukovychin Kiyev yaxınlığında sahibsiz qalan imarəti)

19:41 24.2.2014
Rusiyanın iqtisadiyyat naziri bəyan edib ki, Ukrayna Avropa ilə iqtisadi əməkdaşlığa başlasa, Rusiya bu ölkədən idxal olan mallara gömrük rüsumlarını artıracaq.

Bakı sakinləri Ukrayna hadisələri haqda nə fikirləşir? Ətraflı videoda

Davamı

XS
SM
MD
LG