Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 00:20

Ukraynada Milli Birlik Hökuməti yaradılır

Kütləvi qətllərdə təqsirləndirilən keçmiş prezident Viktor Yanukovych axtarışa verilib. Onun Krım yarımadasında gizləndiyi ehtimal olunur.

Kütləvi qətllərdə təqsirləndirilən keçmiş prezident Viktor Yanukovych axtarışa verilib. Onun Krım yarımadasında gizləndiyi ehtimal olunur. Ukrayna keçid dövrünə qədəm qoyur. Fevralın 25-də Avromaydan inqilabında həlak olanların xatirəsi yad edilib


19:32 22.2.2014
Yanukovych-dən ilk video

Fevralın 22-də Xarkovda yerli telekanalda yayılan müraciətində Ukrayna prezidenti ölkəsində çevriliş olduğunu, hazırda tərəfdarlarını «bandit» adlandırdığı adamlardan qorumağa çalışdığını bildirir.



Videoda Yanukovych deyir:

- Bizim ölkəmizdə hər kəsin, eləcə bütün dünyanın gözü qarşısında baş verənlər bir dövlət çevrilişi nümunəsidir. Mən hər şey etdim ki, ölkədə qan tökülməsin. Amnistiya haqqında iki qanun qəbul etdik. Ölkədə siyasi sabitliyi təmin etmək üçün bütün addımlar atdıq. Amma belə alındı...

Mən ötən gecə regional deputatların toplantısında iştirak etmək üçün Xarkova gəldim. Amma belə alındı ki, orda iştirak edə bilmədim, çünki daimi əlaqə saxlamalı idim. Daimi olaraq insanların təqib olunmaları haqqında siqnallar gəlir. Mən hazırda banditlərin təqib etdikləri adamları qorumağa çalışıram. Onların yaşayış, iş yerlərində, yollarda təqib edirlər. İndi mənə yaxın olan adamların qırılmasına yol verməmək üçün əlimdən gələni edirəm.
19:31 22.2.2014
Yanukovych istefa vermək niyyətində olmadığını deyir

Sosial şəbəkələrdə yayılan xəbərlərə görə, hazırda Xarkov şəhərində olan Ukrayna prezidenti Viktor Yanukovych istefa vermək niyyətində olmadığını bildirir. O deyib ki, maşını atəşə tutulsa da, heç kimdən qorxmur, Ukraynadan başqa yerə getmək niyyətində deyil.
XS
SM
MD
LG