Keçid linkləri

2024, 30 Oktyabr, çərşənbə, Bakı vaxtı 13:23

Azərbaycanlı atlet Nicat Rəhimov yığmadan imtina edib


Ağırlıqqaldırma üzrə Azərbaycan millisinin üzvü Nicat Rəhimov yığma komandadan çıxıb.

Bu barədə apasport.az saytına 21 yaşlı atletin atası Əli Rəhimov məlumat verib.O bildirib ki, oğlu bundan sonra yarışlarda Qazaxıstan millisinin şərəfini qoruyacaq.Rəhimov bunu millidə nizam-intizamın olmaması və bolqarıstanlı baş məşqçi Zlatan Vanevin Nicatı yarışlara aparmaması ilə əlaqələndirib.

Qeyd edək ki, 2010-cu il Yeniyetmələrin Sinqapur Yay Olimpiya Oyunlarında qızıl medal qazanan atlet həmin il Avropa çempionu da olub.
XS
SM
MD
LG