Keçid linkləri

2024, 30 Oktyabr, çərşənbə, Bakı vaxtı 07:17

Sən demə Ədəbiyyat üzrə Nobel mükafatına general De Gaulle da iddialı imiş


Charles De Gaulle
Charles De Gaulle
-

Sən demə Ədəbiyyat üzrə Nobel Mükafatına generalın da namizədliyi irəli sürülübmüş.

Fransa prezidenti, Fransada 5-ci respublikanın memarı olmuş Charles de Gaulle (Şarl de Qol) 1963-cü ildə "Nobel"ə namizədliyi irəli sürülmüş 80 namizəddən biri imiş.

Rəqibləri də Çili şairi Pablo Neruda, irland yazıçısı Samuel Beckett kimi məşhur yazarlarmış.

İsveç Akademiyası mükafata iddialılarla bağlı məlumatları gizli saxlayır və yalnız 50 ildən sonra ictimaiyyətə açıqlayır.

Bu dəfə 1963-cü ilin Nobel Mükafatı laureatının seçilməsi ilə bağlı arxiv materialları açıqlanıb.

İsveç mətbuatı arxiv materialları əsasında yazır ki, həmin il namizədlər arasında yunan şairi Giorgos Seferis (sonda münsiflər mükafatı ona verməyi qərara almışdılar), yapon yazarı Yukio Mishima da vardı.

Ələnmələrdən sonra münisflər, nəhayət, 3 namizəd arasından seçim ediblər: Seferis, Auden və Neruda.

Seferis münsiflərin yekdil rəyi ilə qalib seçilib.

Arxiv materiallarından daha nə bəlli olur? İsveç Akademiyasının daimi katibi Anders Österling seçim zamanı deyibmiş ki, "müasir Yunanıstana ehtiram göstərməyin vaxtı çatıb, yunan dili arealı bu kontekstdə mükafatlandırılmağı çox gözləyib".

Bu gün Seferisdən daha məşhur olan Beckett-in əsərləri ilə bağlı o zaman münsiflər arasında narahatlıq varmış.

O mənada ki, Bekket-in yaradıcılığı "Ədəbiyyat üzrə Nobel Mükafatının idealistik niyyətlətinə uyğun gəlirmi?"

Çünki mükafat "yönümü ideal olan ən gözəl ədəbiyyat nümunəsinə" verilməliydi.

Österling hesab edirmiş ki, Beckett-in əsərləri neqativ və nihilistikdir, Nobel mükafatının irland yazara verilməsi "elə onun öz üslubunda absurd hərəkət olardı".

Österling Nabokovu da rədd edib - "Lolita"nın "əxlaqsız" əsər olmasını əsas gətirərək.

Beckett Nobel mükafatına 1969-cu ildə, Neruda isə 1971-ci ildə layiq görüldü.

Nabokov isə "Nobel" üzü görmədi.

O ki qaldı De Gaulle-a, onun "Nobel"ə namizədliyini 2-ci Dünya Müharibəsi haqda memuar trilogiyasına görə irəli sürmüşdülər.

Bəziləri düşünə bilər ki, fransız generalın heç şansı yoxmuş .

Amma generaldan onca il əvvəl İsveç Akademiyası bir çoxlarına gülünc gələn addım atmışdı. Ədəbiyyat üzrə "Nobel"i... müharibə dövründə Britaniyanın baş naziri olmuş Winston Churchill-ə vermişdi...

"Guardian"a istinadla oxuzali.az
XS
SM
MD
LG