“Rusiya ilə oyunun xüsusi prinsipial olması barədə deyilənləri çox şişirdilmiş hesab edirəm.Biz ruslara qarşı hörmətlə yanaşırıq və çox şadıq ki, onlar dünya çempionatının bir addımlığındadırlar”.
Apasport.az saytının məlumatına görə, bunu Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.Musayev Rusiya mətbuatına müsahibəsində DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində oktyabrın 15-də keçiriləcək görüş barədə danışıb.O bildirib ki, Azərbaycan futbolçuları rəqibi qıcıqlandıran açıqlamalarla çıxış etmirlər, sadəcə jurnalistlər məsələni böyüdürlər.
Musayev rusiyalı jurnalistin “Nəyə görə məhz Rusiya ilə oyunda oyunçularınıza rekord məbləğdə - 127 min dollar mükafat vəd olunub” sualını belə cavablandırıb:
“Bu məlumat mətbuatda yayılıb, biz deməmişik. Belə məbləğdən söhbət getmir. Bizim hər futbolçuya 127 min dollar verəcək qədər pulumuz yoxdur! Lakin qonorar məsələsinə həqiqətən baxılıb. Burda qeyri-adi nə var ki? Bu, dünya praktikasında normal haldır”.