Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 15:25

Luciano Pavarottiyə Classic Brit Award mükafatı veriləcək


Luciano Pavarotti
Luciano Pavarotti
-
İtalyan opera müğənnisi Luciano Pavarotti ölümündən sonra Böyük Britaniyanın Classic Brit Award mükafatı ilə təltif olunub.
Bu barədə BBC News xəbər yayıb.
Klassik musiqinin inkişafındakı töhfələrinə sağlığında verilən bu mükafata Luciano Pavarotti əslində 2007-ci ildə layiq görülmüşdü. Təqdimatı 2008-ci ildə baş tutacaq mükafatın verilməsinə bir neçə ay qalmış böyük tenor dünyadan köçdü.
Nəticədə, 2008-də bu nominasiyada mükafat heç kimə verilmədi.
6 ildən sonra bu mükafat oktyabrda Pavarottinin dul xanımı Nikoletta Mantovani-Pavarrottiyə təqdim ediləcək.
Xanım Nikoletta mükafatın təqdimatının Pavarottinin Britaniya televiziyasında ilk çıxışının 50 illiyinə təsadüf edəcəyini açıqlayıb.
50 il öncə Puççininin “Bohema” operasından Pavarottinin oxuduğu və indiyədək müğənninin arxivində qorunan ariyanın lent yazısı da təkrar göstəriləcək.
Bu ariya Decca Records firmasının buraxacağı “Pavarottinin 50 ən yaxşı çıxışı” məcmuəsinə də daxil ediləcək.
Luçano Pavarotti XX əsrin ən görkəmli tenorlarından sayılır.
1990-cı ildə İtaliyada Futbol üzrə Dünya kubokunun açılışındakı çıxışı ona şöhrət gətirib.
Daha sonra Plasido Dominqo və Xose Karrerasla birgə gerçəkləşdirdiyi “Üş tenor” layihəsinin 15 il sürən konsertləri onun şöhrətini göylərə qaldırıb.
Əfsanəvi tenor 2007-ci ilin sentyabrın 6-da mədəaltı vəzin xərçəngindən vəfat edib.
XS
SM
MD
LG