Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 03:20

Azərbaycan millisi 5 medal qazanıb


Foto arxiv
Foto arxiv
Estoniyanın paytaxtı Tallində yeniyetmə cüdoçular arasında Avropa çempionatı davam edir.

"Azerisport.az" ın məlumatına görə, yarışın ilk günündə Azərbaycan cüdoçuları 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar.

Azərbaycan milllisi 40 ölkə arasında medal sayına görə 1-ci yerdədir.

Çempionatda Hidayət Heydərov (60 kq) və Leyla Əliyeva (40 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.İlkin Babazadə (55 kq) gümüş, Natiq Qurbanlı (50 kq) və Rüfət Tağızadə bürünc medal qazanıblar.Xəzər Həsənov (50 kq) beşinci, Rauf Xəlilov (60 kq) isə yeddinci olublar.
XS
SM
MD
LG