-
13 illik evlilikdə iki ayrı siyasi mənsubiyyətlilik davam edir. Mübahisələr, hətta bir neçə günlük küsüşmələr olsa belə...
Gəncə sakinləri Cavid Siyahov Yeni Azərbaycan Partiyasının, yoldaşı Şəfa Orucova isə özünü müxalif adlandıran «Ümid» partiyasının üzvüdür. Müxtəlif siyasi əqidəli ailə başçıları nəyinki bir həyatı paylaşır, hətta eyni məktəbdə müəllim işləyirlər.
Sovet dönəmində kommunist partiyasının üzvü olan Cavid Siyahov deyir ki, Yeni Azərbaycan Partiyasına gəlməsi təsadüfi deyil. Bu amalını tarix fənni müəllimi olması ilə əlaqələndirir. Deyir ki, tarixçilər siyasi proseslərə daha yaxşı qiymət verə bilir:
«İQTİSADİYYATIMIZ GÜCLƏNİR, İNKİŞAF EDİR»
«Totalitar rejimdən çıxmış yeni qurulmuş Azərbaycan dövləti mənim üçün çox maraqlı idi. Partiyanın üstün cəhətləri çoxdur. Biri odur ki, iqtisadiyyatımız güclənir, inkişaf edir. Yeni qurulmuş dövlətdə hər şey yaxşı ola bilməz. Tarixə nəzər salsaq görərik ki, inkişaf əsrlər boyu davam edib. 20-30 ilin partiyasından çox şey gözləmək olmaz».
Cavid Siyahov deyir ki, xanımının müxalif tərəfdə olması ailə mübahisələrinə səbəb olsa da, seçim azadlığını əlindən almır:
«Müxalifət partiyası o demək deyil ki, dağıdıcıdırlar və nəyəsə görə hakimiyyətə gəlmək istəyirlər. Hər bir partiyanın öz əqidəsi, öz mövqeyi var. Mən məktəbdə seçki komissiyasının sədri olmuşam. Xanım da katib, elə olub fikirlərimiz üst-üstə düşməyib. Mübahisə də eləmişik. Siyasi mənsubiyyət azaddır. Onu ailə ilə qarışdırmaq olmaz».
Şəfa Orucova isə deyir ki, çalışdığı məktəbdəki müəllimlər məcburi də olsa hakim partiyanın üzvləri olduğundan ona qarşı təzyiqlər çox olur:
«ÇOX DEYİRLƏR Kİ, YENİ AZƏRBAYCAN PARTİYASINA KEÇ, AMMA...»
«Məktəbdən çox deyirlər ki, Yeni Azərbaycan Partiyasına keç, amma öz əqidəmdə qalıram və elə də qalacam. Bu partiyada özümün də, uşaqlarımın da gələcəyini görürəm».
Demələrinə görə, seçki günü ailədə ən səs-küylü gün olur. Zarafatyana danışırlar ki, böyük mübahisələr küsüşmələrə belə gətirib çıxarır.
Cavid Siyahov:
- «Səhv eləmirəmsə parlament seçkiləri idi. Mən sədr idim, Şəfa isə katib idi. Orda mübahisə elədik. Nəyisə dedim ki, göz yummalısan, amma təzyiq göstərə bilmədim.
- Sizdən nə istəyirdi yoldaşınız?
«DEYİRDİ Kİ, YEKUN PROTOKOLA QOL ÇƏK, MƏN DƏ ÇƏKMƏDİM»
Şəfa Orucova: - Deyirdi ki, yekun protokola qol çək, mən də çəkmədim, oranı tərk elədim. Haqsızlıq o idi ki, məktəbin direktoru öz əlləri ilə səsləri gətirib qutuya salırdı. Mən də durdum gəldim, haqsızlığa dözə bilmədim. Əsas odur ki, mən öz işimi layiqincə görürəm».
Bu iki əqidəli insanın bir çatı altında ortaq məxrəcə gəldikləri məqamlar da çoxdur. Ancaq uşaqlar da bu siyasi ayrı-seçkiliyin təsirindən yan keçmir.
Cavid Siyahov:
«MƏN OĞLUMA SUAL VERƏNDƏ Kİ, KİM OLACAQSAN? DEYİR POLİS OLACAM»
«Mən uşaqlara dövlətdə görülən işlərdən danışıram, Şəfa isə başlayır əksinə danışır....Mən deyirəm iqtisadiyyatımız yüksək inkişaf edir. Bu da deyir ki, rüşvətxorluq olan dövlətdən nə güclülük ola bilər.
Mən oğluma sual verəndə ki, kim olacaqsan? Deyir, polis olacam. Deməli mənim təsirim çoxdur ki, dövləti sevir».
Elə kamera qarşısında da fikir mübahisəsi gedir....
MÜBAHİSƏ...
Şəfa Orucova:
- «Qızım istəyirəm tibb bacısı olsun. Oğlum da iqtisadiyyatçı olsun. Böyüyəndə indiki iqtisadiyyatçılardan daha güclü olsun. Götürək bizim maaşımızı, ailəyə uyğun deyil.
- Necə dolanırsız?
- Orta».
Əri: «Mən deyərdim ki, Allah prezidentimizin canına sağlıq versin, lap yaxşı dolanırıq. Bundan artıq maaş nə olacaq. Gərək dövlətin gücü olsun ki, maaş versin».
- Əmək haqqınız nə qədərdir?
YAP-çı ər deyir: «Qoy sirr kimi qalsın».
Ümid partiyasının üzvü Şəfa Orucova:
- «90 manat. Məni qane eləmir. Maaş ən aşağısı heç olmasa 300 manat olmalıdır. 90 manat alıram, bunun işığı var, qazı var, suyu var, xeyri-şəri var. Uşaqların geyimi var. Bizi qane etmir».
Ər:
- Bizi demə, səni qane etmir. Yeni qurulmuş dövlətdir. Bir müddət keçəndən sonra dövlət güclənəcək.
Xanımı:
- İndi hər şey bahadır, maaş azdır. Gündə bir faciə baş verir. Dustaqlar çoxalır. Korrupsiya baş alıb gedir. Təhsilimiz çox aşağı səviyyədədir.
YEMƏK MƏSƏLƏLƏRİNDƏ ƏRƏ BÖYÜK GÜZƏŞT...
Ailədə tək yemək mövzusunda mübahisə olmur. Şəfa Orucova həyat yoldaşı xoşlamadığı üçün 13 ildir ki, bəzi yeməklərdən imtina edib:
- «Təmiz olmalıdır hər şey... Cavid tələbkardır.
- İşləyirsiniz, hər şeyi vaxtında çatdıra bilirsiziniz?
- Məcburam da, işdən sonra görürəm işlərimi. Xoşuna gəlməyən yemək küftədir, bir də qaş xəngəlidir. Bizim evdə 13 ildir bu yeməklərin heç biri bişmir. Sevirəm, amma Cavid xoşlamır deyə bişirmirəm».
İllərdir ailədə dəyişməyən bir adət də var. Hər sabah yuxudan oyananda hərə öz şüarını deyir:
- Yeni Azərbaycan Partiyası dünənin, bu günün və sabahın partiyasıdır!
- İqtidara ümid etmə, Ümidi iqtidar et!