Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 11:17

Rövnəq Abdullayev: «Berti Vogts peşəkardır və işini sevə-sevə görür»


-
AFFA-nın prezidenti Rövnəq Abdullayev Azərbaycan və Portuqaliya komandalarının oyunu zamanı stadionda «İstefa!» şüarının səslənməsinə münasibət bildirib.

Jurnalistlərə açıqlamasında o, Berti Vogts-un peşəkar olduğunu və öz işinin öhdəsindən yaxşı gəldiyini deyib:

«Berti Vogts işini sevə-sevə görür».

R.Abdullayev hamı kimi Azərbaycanın Portuqaliyaya uduzmasından təəssüfləndiyini vurğulayıb:

«Hücumçu Rauf Əliyevin qırmızı vərəqə alması komandamıza psixoloji təsir etdi. Bundan əlavə, bəzi azarkeşlərin «İstefa!» və arzuolunmaz şüarlar səsləndirməsi futbolçulara psixoloji təsir edirdi».

DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Bakıda keçirilən oyunda Azərbaycan komandası Portuqaliya millisinə 0:2 uduzub. /Trend/
XS
SM
MD
LG