Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 20:30
Bakıda İsmayıllıdakı etirazlara dəstək aksiyası keçirildi
Gözlə

No media source currently available

0:00 0:03:17 0:00

Bakıda İsmayıllıdakı etirazlara dəstək aksiyası keçirildi

26 yanvar etirazlarının xronologiyası [Video-Foto]

Yanvarın 26-da Bakıda sosial şəbəkələr vasitəsilə təşkil olunan etirazlar baş verdi. Onun iştirakçıları İsmayıllı sakinərinin etriaz çıxışları ilə həmrəy olduqlarını ifadə edir, onlara qarşı polis zorakılığını pisləyirdilər. Bakının mərkəzndəki aksiyanın qarşısını alan polis 100-ə yaxın adam saxlayıb, onlar məhkəmə cərimlərindən sonra buraxılıblar

15:06 26.1.2013
Aksiya başlayıb. Etirazçılar «İsmayıllı oyaqdır, Bakı ona dayaqdır», «İsmayıllı yatmayıb, qeyrətini satmayıb» şüarları səsləndirərək «Sahil bağı»nda yürüş edirlər. Polislər aksiyaçıları ərazidən sıxışdırırlar.
15:05 26.1.2013
Polis adamları «Fəvvarələr Meydanı»na buraxmadığı üçün aksiyaçılar «Sahil bağı»na doğru hərəkət etməkdədirlər. Aksiyanın keçiriləcəyi yerlərdə bir-neçə iritutumlu avtobuslarda dəbilqəli polislər var...
14:57 26.1.2013
Aksiyası başlamazdan əvvəl ərazi polis və mülkigeyimlilər tərəfindən nəzarətə götürülüb. Polislər «Fəvvarələr meydanı»na müxtəlif istiqamətlərdən girişləri bağlayıblar, meydana heç kim buraxılmır. Ərazidə su şırnağı vuran maşın dayanıb.
XS
SM
MD
LG