Ötən gün 2014-cü il Dünya Futbol Çempionatı seçmə mərhələsinin növbəti oyunu keçirilib. Azərbaycan millisi Portuqaliya yığması ilə qarşılaşıb. Oyun Portuqaliya yağmasının 3:0 qələbəsi ilə başa çatıb.
Oyun Portuqaliyanın Braqa şəhərində keçirilib. Qolları matçın ikinci hissəsində Silvestre Varela, Hélder Postiga və Bruno Alves vurublar.
Qol.az saytı yazır ki, Azərbaycan milli komandasının baş məşqçisi Berti Vogt jurnalistlərə bildirib ki, rəqib güclü oynayıb:
«Biz çoxlu səhvlərə yol verdik. 70-75-ci dəqiqədən sonra komanda fiziki olaraq çatdıra bilmədi. Mənim komandam üçün asan deyildi. Ümid edirəm ki, bizim futbolçular öz səhvlərindən nəticə çıxaracaq. Portuqaliya güclü rəqibdir. Belə komandalarla oyunda komandamız təcrübə yığır. Komandada hansısa oyunçunu xüsusi olaraq fərqləndirmək düzgün olmazdı. Udanda da, uduzanda da komanda şəklində çıxış edirik».
Milli komandanın kapitanı Rəşad Sadıqov deyib ki, Portuqaliyadan belə oyun gözləmirdilər. Onun sözlərinə görə, komandanın heyətində ən yaxşı qapıçı Kamran Ağayevin çıxışı olub:
«Kamran komandanı bir neçə real qoldan xilas etdi. Təəssüf ki, son dəqiqələrdə daha iki topu qapımızdan buraxdıq. Mən buna çox heyfsilənirəm. 0:1 hesablı məğlubiyyət daha yaxşı olardı».
«DÇ-2014»ün seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi ilk oyununu Bakıda İsrail yığmasına qarşı keçirib və görüş 1:1 hesabı ilə başa çatıb.