Keçid linkləri

2024, 01 Noyabr, Cümə, Bakı vaxtı 01:41

Azərbaycan güləşçisi dünya çempionu oldu


-
Sentyabrın 4-də Taylandın Pattaya şəhərində güləş üzrə gənclər arasında Dünya çempionatı başlayıb.

Çempionatın ilk günündə yunan-Roma güləşi üzrə Azərbaycan komandası aktivinə qızıl medal yazdırıb.

50 kq çəki dərəcəsində idmançıların mübarizəsində Azərbaycan təmsilçisi Murad Bazarov 1/16 finalda Aşkan Həsən Qolikiani (İran), 1/8 finalda Hyeok Jin Jeon (Koreya) (4:0, 1:0), 1/4 finalda -Tolqahan Karataş (Türkiyə) (0:1, 0:2), 1/2 final mərhələsində - Andrey Tsaryuk (İsrail) (2:0, 0:1, 0:1) üzərində qələbə qazanıb.

Final mərhələsində isə Rusiya təmsilçisi Artur Labazanova qalib gələn Azərbaycan pəhləvanı dünya çempionu olub.
XS
SM
MD
LG