Keçid linkləri

2024, 01 Noyabr, Cümə, Bakı vaxtı 04:46

London-2012: Azərbaycan ilk medalını qazandı


Valentin Xristov (Arxiv foto)
Valentin Xristov (Arxiv foto)
İyulun 29-da London Olimpiadasında Azərbaycan yığması ilk medalını qazanıb.

Ağırlıqqaldırma üzrə 18 yaşlı idmançı Valentin Xristov A qrupunda qüvvəsini sınayıb

Valentin Xristov birdən qaldırmada 123 kq-ın öhtəsindən gəlib.

İkinci cəhddə 127 kq-ı qaldıran Xristovun üçüncü cəhdi (130 kq) uğursuz alınıb.
Xristov təkanla qaldırmada da ilk cəhdi uğurlu olub.154 kq.

İdmançının 158 kq-lıq ikinci cəhti uğursuz olub

V. Xristov üçüncü cəhdində 159 kq-ı qaldırmaqda çətinlik çəkməyib və bürünc medala sahib çıxıb.

Bürünc medal - London Olimpiya oyunlarında Azərbaycanın qazandığı ilk medaldı.
XS
SM
MD
LG