İyulun 29-da London Olimpiya Oyunlarında mübarizəyə qoşulan Azərbaycanın üzgüçülük yığmasının üzvü Oksana Hətəmxanova 100 metr məsafəyə təsnifat yarışlarında altı idmançı arasında dördüncü olub. Ancaq o bu göstərici ilə yarımfinala çıxa bilməyib.
Oksana Hətəmxanova yarımfinala vəsiqə qazanmaq üçün 16 ən yaxşı nəticədən birini göstərə bilməyib.
Yarımfinala 16 vəsiqə uğrunda 45 idmançı mübarizə aparırdı.