İyunun 22-də Ukrayna və Polşada keçirilən Avropa çempionatında 1/4 finalın ikinci qarşılaşması baş tutub. Bu dəfə Almaniya yığması Yunanıstan millisiylə görüşüb. Oyun Almaniya millisinin 4-2 üstünlüyü ilə sona çatıb.
Oyunun ilk dəqiqələri almanların açıq hücumlarıyla başlayıb. 3-cü dəqiqədə Almaniyalı oyunçu Khedira hesabı açsa da hakim oyundan kənar vəziyyət olduğunu bildirib.
İlk 10 dəqiqə almanların açıq üstünlüyü ilə keçib.
11-ci dəqiqədə mərkəzdən, Khediradan əla ötürmə alan Marko Rues topu qapıdan azca kənara vurub.
Oyunun 13-cü dəqiqəsində yunan Georgios Samaras kobud oyuna görə sarı vərəqə görüb.
20-ci dəqiqələrdə almanlar daha çox qısa ötürmələrlə yunan müdafiəsində boşluqlar axtarıblar...
22-ci dəqiqədə qısa ötürmələrlə mərkəzdən hücum təşkil edən almanlar hesabı açmağa yaxın olublar. Mesut Özilin qapıya vurduğu zərbəni yunan qapıçı dəf edə bilib. Daha sonra künc zərbəsindən almanlar qol şansını itiriblər.
Alman hücumçular təzyiqi artırdıqca yunan müdafiəsi dağınıq oyun nümayiş etdirib.
31-ci dəqiqədə yunan hücumçu Sotirios Ninis almanların qapısı qarşısında təhlükəli vəziyyət yaradıb. Ninisin qapıya vurduğu zərbəni alman qapıçı Manuel Neuer tuta bilib.
38-ci dəqiqədə almanların 16 nömrəli oyunçusu Philipp Lahm komandasını hesabda irəli çıxarda bilib. Sol cinahdan ötürmə alan Lahm topu sağ cinahın küncünə vurub. Bu dəfə qapıçı Michalis Sifakis komandasına yardım edə bilməyib...
Oyunun ilk 45 dəqiqəsi bu hesabla bitib...
İkinci hissədə oyuna almanlar başlayıb. Hesabda geridə olan yunanlar daha çox rəqib meydanında hücum qurmağa çalışıblar.
55-ci dəqiqədə yunanlar hesabı bərabərləşdirə biliblər. Alman müdafiəsində yaranan boşluqdan istifadə edən yunanlar qol vura biliblər. Dimitrios Salpingidisdən ötürmə alan Georgios Samaras topu yerlə almanların qapısına vura bilib. 1-1
Yunanıstan bərabərliyi cəmi 5 dəqiqə qoruyub saxlaya bilib. 61-ci dəqiqədə Sami Kedira Almaniya yığmasını hesabda irəli çıxardıb. sol cinahdan ötürmə alan Samir Kedira topu qüvvətli zərbəylə yunanların qapısına vurub. 2-1
Yunanlar ikinci qoldan özlərinə gəlməmiş almanlar hesabı artıra biliblər.
68-ci dəqiqədə Mesut Özil cərimə zərbəsindən topu yunanların qapısı istiqamətinə ötürüb. İki müdafiəçi arasından topa başıyla zərbə vuran almanların təcrübəli oyunçusu Miroslav Klose hesabı 3-1 edə bilib.
Davamlı hücumlara davam edən almanlar 74-cü dəqiqədə hesabda yenidən öncə çıxıblar. Bu dəfə M. Reus fərqlənib. 4-1
75-ci dəqiqədə yunan oyunçu S. Papastathopoulos kobud oyuna görə sarı vərəqə görüb.
80-ci dəqidədə oyun qarşılıqlı hücumlarla yadda qalıb.
89-cu dəqiqədə D. Salpingidis yunanların Avro 2012-də sonuncu qolunu - penaltidən vura bilib.
İkinci hissəyə 2 dəqiqə əlavə edilib. Əlavə vaxtda qapılara qol vurulmayıb. Oyunda qələbə qazanan Almaniya millisi yarımfinala çıxmaq şansı qazanıb.
Bu oyunlar haqda sənin fikrin nədir?
EURO2012 FORUMUNA GƏL
Şərhlərini digər futbol azarkeşləri ilə bölüş