Keçid linkləri

2024, 01 Noyabr, Cümə, Bakı vaxtı 06:32

Avro-2012: İngiltərə və Fransa növbəti turda...


İngiltərə azarkeşi
İngiltərə azarkeşi
İyunun 19-də futbol üzrə Avropa çempionatının qrup mərhələsində III turun növbəti oyunları keçirilib.

D qrupunda keçirilən hər iki oyun Bakı vaxtıyla saat 23:45-də başlayıb.

İSVEÇ 2 - 0 FRANSA

NSK Olimpiskiy stadionunda İsveç və Fransa millisi üz-üzə gəlib. Portuqalyalı hakim Pedro Proencanin idarə etdiyi oyuna İsveç millisi daha sürətli başlayıb. Daha sonra fransızlar oyuna nəzarət etməyi bacarıblar.

8-ci dəqiqədə fransızlar, 10-cu dəqiqədə isə İsveç millisi fərqlənməyə yaxın olublar. Phillippe Mexesin ötürmədə etdiyi səhvdən yararlanan Ola Toivonen qapıçı ilə təkbətək çıxsada hesabı dəyişdirə bilməyib.

Qrupda keçirilən iki oyunda məğlub olaraq qrupdan çıxmaq şansı olmayan İsveç yığmasına təsəlli üçün qələbə vacib idi.
Birinci hissənin ortalarına doğru oyunun tempi aşağı düşüb.

İlk yarı qolsuz bərabərliklə bitsə də ikinci hissədə İsveç millisi 2 qol vura bilib. İkinci hissəyə sürətli başlayan isveçlər 54-cü dəqiqədə fərqlənə biliblər.

Milan klubunun 30 yaşlı hücumçusu Zlatan Ibrahimovicin qayçı zərbəsi ilə oyundakı sükutu pozub.

Məğlub durumda olan fransızlar ikinci hissədə oyuna nəzarət edən tərəf olublar.

İkinci hissənin əsas vaxtı 1:0 hesabı ilə başa çatıb.

Əsas vaxta əlavə edilə 4 dəqiqənin elə ilk dəqiqəsində isveçlər hesabı artıra biliblər.

Sebastian Larsson komandasının ikinci qolunu vura bilib. 2-0

İsveç Fransa üzərində qələbə çalsa da növbəti mərhələyə çıxa bilməyib. Fransızlar isə qrup ikincisi olaraq novbəti mərhələyə keçiblər.


İNGİLTƏRƏ 1- 0 UKRAYNA

D qrupunun digər oyunu isə ev sahibi Ukrayna ilə İngiltərə arasında olub. Oyundan öncə favorit hesab edilən İngiltərə yığması minimal hesabla Ukraynaya qalib gələ bilib.

Bu oyunda ingilisləri 1 xal qane etsə də, Ukrayna millisi üçün 3 xal hava- su kimi lazım idi. 1- 0 hesabıyla qalib gələn inglislər Ukrayna millisini çempionatın digər təşkilatçı ölkəsi - Polşa kimi mübarizədən erkən uzaqlaşdırıblar.

Daha çox ehtiyatlı oyun nümayiş etdirən inglislər qapılarının toxunulmazlığını qorumağa çalışıblar.

Oyunun ilk 45 dəqiqəsində hesab açılmayıb.

İkinci hissənin ilk dəqiqələrində topa nəzarət edən ingilislər oyunun taleyini həll edən qolu 48-ci dəqiqədə vura biliblər. 26 yaşlı Wayne Rooney ona ötürülən topu baş zərbəsiylə Ukraynanın qapısından keçirə bilib.

Oyundakı ən önəmli məqam isə 63-cü dəqiqədə olub. Ukrayna hücumçusunun İngiltərənin qapısına vurduğu zərbə mübahisələrə səbəb olub. Ukrayna futbolçuları vurulan zərbənin qapı xəttini keçdiyini desələr də, yan hakimi hesabın dəyişmədiyini bildirib.

İkinci hissə ingilislərin qələbəsiylə başa çatıb.

Bu oyundan sonra 7 xal toplamış İngiltərə qrup lideri olub. İngilislər iyunun 24-də İtaliya yığmasıyla qarşılaşacaq. D qrupnun ikincisi Fransa isə 4 xal toplaya bilib. Fransa iyunun 23 İspaniya millisiylə oynayacaq.


Bu oyunlar haqda sənin fikrin nədir?
EURO2012 FORUMUNA GƏL
Şərhlərini digər futbol azarkeşləri ilə bölüş
XS
SM
MD
LG