Keçid linkləri

2024, 01 Noyabr, Cümə, Bakı vaxtı 08:33

UEFA Rusiyanı cərimələdi


 UEFA prezidenti Michel Platini
UEFA prezidenti Michel Platini
UEFA Çexiya millisi ilə oyunda rusiyalı azarkeşlərin davranışına görə, Rusiyanı 120 min avro cərimə edib.

UEFA-nın nəzarət-intizam komissiyası oyun vaxtı azarkeşlərin meydana fişənglər atması və stadionun əməkdaşları ilə davranışını yolverilməz adlandırıb.

Təşkilat Rusiyanın futbol federasiyasına xəbərdarlıq edib ki, əgər bu cür hallar təkrar olunsa Rusiya millisi növbəti çempionata seçmə oyunlarda 6 xaldan məhrum oluna bilər.

Bu cərimə iyunun 12-də Varşavada rusiyalı və polşalı azarkeşlər arasında baş verən insidentə aid deyil.

Həmin vaxt 25 rusiyalı da daxil olmaqla 150 adam saxlanıb.

Polşa mətbuatının yazdığına görə, işə təcili baxılır və çox güman ki, rusiyalı azarkeşlər ölkədən deportasiya ediləcək.
XS
SM
MD
LG