Keçid linkləri

2024, 01 Noyabr, Cümə, Bakı vaxtı 08:35

«Barcelona»nın baş məşqçisi klubdan gedir


2011-ci ildə Manchester United klubuna 3-1 qalib gələn Barcelona oyunçuları və Pep Guardiola
2011-ci ildə Manchester United klubuna 3-1 qalib gələn Barcelona oyunçuları və Pep Guardiola
«Barcelona»nın baş məşqçisi Pep Guardiola mövsüm başa çatandan sonra klubu tərk etmək qərarı verib.

Xəbəri «Sky Sports» yayıb.

Pep Guardiolanın rəhbərlik etdiyi 4 il ərzində «Barcelona» bir çox nüfuzlu kuboklarını, o cümlədən iki dəfə UEFA Çempionlar Liqasının kubokunu qazanıb.

Lakin son aylar 41 yaşlı Pep Guardiolanın klub rəhbərliyində qalıb-qalmayacağı ilə bağlı söz-söhbətlər başlamışdı.

Martın 27-i Pep Guardiola ilə «Barcelona»nın prezidenti Sandro Rosellin birgə mətbuat konfransı olacaq. Dünən Guardiola ilə görüşən Rosell onu hələ də klubda saxlayacağına ümidlidir.

İki gün əvvəl «Barcelona» UEFA Çemoionlar Liqasında yarımfinalda «Chelsea» komandasına məğlub olmuşdu.

«Sky Sports»un İspaniya futbolu üzrə eksperti Guillem Balague bildirir ki, Pep Guardiolaya fəaliyyətini İngiltərə Premyer Liqasında davam etdirməyi düşünə bilər: «O futbolçu olarkən də Britaniya futbolunda oynamayıb».

Bir vaxtlar «Manchester United» Pep Guardiolanı transfer etmək istəyib, ancaq alınmayıb.
XS
SM
MD
LG