Belarus tennisçisi Viktoriya Azarenko Avstraliya açıq çempionatının («Australian Open») qalibi oldu. Yanvarın 28-də o, finalda rusiyalı Mariya Şaparovadan üstün olub – 6:3, 6:0.
Tamaşaçıların çoxu isə oyunu izləyərkən onların səsini də eşidiblər.
ONLAR ELƏ NƏFƏS ALIRLAR Kİ...
Azarenko və Şarapova tennis kortunda zərbə vurarkən elə qışqırırlar ki, bunu ekran qarşısında oturanlar da eşidir. Onların hər ikisi çox ucaboydur. Azarenko dünya tennis sıralamasında 3-cü, Şarapova 4-cüdür.
2009-cu ildə «China Open» turnirində Şarapova Azarenkonu məğlub etmişdi. O, həm də oyun prosesində öz səs-küyü ilə də rəqibini geridə qoymuşdu: 95 desibelə qarşı 105 desibel. Bu, bir yük maşınının çıxardığı səsə, yaxud rok konserti zamanı birinci cərgədə oturmuş tamaşaçıların eşitdiyi səsə bərabərdir.
Qadın Tennis Assosiasiyası bildirib ki, tennisçilərin bu cür hədsiz uğultusunu azaltmaq üçün yollar axtarır. Ancaq Şarapova və Azarenko özlərinin səs-küylü oyun tərzlərini müdafiə edirlər. Bildirirlər ki, bu, onların oyununa güc qatır.
«VHOO» HƏM DƏ TEXNİKADIR
Azarenko deyir ki, çıxardığı «vhoo» səsi onun nəfəsalma texnikasının ayrılmaz tərkib hissəsidir. Polşalı Agnieszka Radwanska bu həftə «Australian Open» turnirinin ¼ finalında Azarenkoya uduzandan sonra rəqibinin bu praktikasını tənqid etmişdi. O bildirmişdi ki, Azarenkonun səsi oyun zamanı ona mane olur.
Qadınlarla müqayisədə kişilərdə bu praktika çox azdır. Odur ki, yanvarın 29-da kişilər arasında final qarşılaşması qadınlarınkından sakit keçəcək.