Keçid linkləri

2024, 30 Oktyabr, çərşənbə, Bakı vaxtı 07:18

Coca-Cola və Adidas şirkətləri FİFA-dakı korrupsiya ittihamlarından narahatdır


Beynəlxalq Futbol Federasiyasının (FİFA) əsas sponsorlarından olan Coca-Cola və Adidas federasiyada korrupsiya qalmaqalı ilə bağlı narahatlıqlarını bildiriblər.
Mayın 30-da hər iki şirkət ayrı-ayrılıqda bəyanat verib. Bəyanatda deyilir ki, yüksək səviyyədə korrupsiya ittihamları bir idman növü olan futbol üçün yaxşı deyil.

Coca-Cola və Adidas uzun müddətdir ki, FİFA-nın dünya çempionatlarına sponsorluq edirlər.
Adidas 1970-ci ildən bəri dünya çempionatlarını topla təchiz edir.

Mayın 30-da FİFA prezidenti Slepp Blatter bildirmişdi ki, qurumun imici korrupsiya ittihamlarından ciddi zədələnib.
XS
SM
MD
LG