Keçid linkləri

2024, 30 Oktyabr, çərşənbə, Bakı vaxtı 05:35

FİFA prezidenti seçkilərində qalmaqal


Joseph Sepp Blatter
Joseph Sepp Blatter
FİFA prezidentinin seçkiləri ərəfəsi fitbol aləmi korrupsiya qalmaqalı ilə üzləşib. Yüksək rütbəli məmurlar seçkilərdə müxtəlif ölkələrin səslərini pulla almaq cəhdində günahlandırılır. Qalmaqalda FİFA-nın prezidentinin adı da hallanırdı.

Lakin Beynəlxaq Futbol Federasiyasının Etika komitəsi korrupsiya ittihamı ilə üzləşən Joseph Sepp Blatteri təmizə çıxarandan sonra o, yenidən bu təşkilatın prezidenti seçilə bilər.

Bazar günü Etika komitəsi korrupsiya ittihamları üzündən Asiya Futbol Konfederasiyasının rəhbəri Mohammad Bin Hamman və təşkilatın vitse-prezidenti Jack Warneri vəzifəsindən kənarlaşdırılıb.

Bin Hamman və Jack Warner iyunun 1-dəki FİFA prezidentliyinə seçkidə Bin Hammana səs verməsi üçün Karib dənizi nümayəndə heyətinə rüşvət verməkdə günahlandırılıb.

Bin Hamman öz namizədliyini geri götürüb.

75 yaşlı Joseph Blatterin yenidən prezident seçiləcəyi gözlənir. O, 13 ildir ki, FİFA-ya rəhbərlik edir.
XS
SM
MD
LG