Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 20:30

«Dövlət başçısı mənim siyasi rəqibim olacaq»


Azərbaycan Milli İstiqlal Partiyasının yeni sədri Yusif Bağırzadə
Azərbaycan Milli İstiqlal Partiyasının yeni sədri Yusif Bağırzadə
«2013-cü ildə növbəti prezident seçkilərində dövlət başçısı mənim siyasi rəqibim olacaq. Nə vaxt ki biz prezident seçkilərinə gedəcəyik, dövlət başçısı mənim siyasi rəqibim olacaq. Onda da mən öz sözümü deyəcəyəm».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında Azərbaycan Milli İstiqlal Partiyasının yeni sədri Yusif Bağırzadə deyib.

Yusif Bağırzadə Azərbaycandakı hökumət idarəçilik sistemini diktatura adlandırsa da, bəzi məsələlər barədə konkret fikir deyə bilmədiyini söyləyib. O, məmurların, nazirlərin bizneslə məşğul olmalarına da birmənalı fikir söyləməyib. Yusif Bağırzadə deyib ki, o bu barədə təhqiqat aparmayıb və əlində faktlar olmadığından heç nə deyə bilməz.

DEPUTAT OLSA, DUBAY MÜLKLƏRİ MƏSƏLƏSİNİ QALDIRACAQ


«Vaşinqton Post» qəzetinin Dubay mülkləri barədə yazılanlara isə inanmaq və buna bir mətbuat yazısı kimi baxmaq istədiyini deyib:

«Əgər Dubayda deyilən mülklər varsa, bu, neqativ haldır. Deputat olacağım təqdirdə prezidentə bununla bağlı sorğu göndərəcəyəm».

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovla onu hansı münasibətlərin bağlaması barədə dinləyicinin suallarını cavablandıran AMİP sədri belə söhbətlərin boş olduğunu deyib:

KƏMALƏDDİN HEYDƏROVLA HEÇ BİR ƏLAQƏM YOXDUR

«Mənim cənab Kəmaləddin Heydərovla heç bir əlaqəm yoxdur. Belə sözlər çox gəzir. Bu yaxınlarda Etibar Məmmədovun müsahibəsindən sonra bu meydana çıxıb. Cənab Etibar Məmmədov sel basmış ərazilərlə bağlı «hansı nazir daha yaxşı işləyir» sualına obyektiv cavab verdiyinə görə ki, bu, Fövqəladə Hallar Nazirliyidir. Bu suallar da oradan doğub. Mən cavab verirəm ki, mənim şəxsən onunla heç bir əlaqəm yoxdur».

Müxalifət düşərgəsində baş verənlərə də münasibət bildirən AMİP sədri birləşmək istəyən partiyalara uğurlar arzu etsə də, bu işin çətin olacağı barədə xəbərdarlıq da edib:

AMİP PARLAMENT SEÇKİSİNƏ TƏK GEDƏCƏK

«Bir ideologiya ətrafında birləşməyə vaxt lazımdır. Bunu belə tez etmək mümkün deyil. Onda həmin siyasi partiyalar öz siyasi elektoratını itirə bilər».

Partiya sədri əminliklə deyib ki, AMİP isə digər partiyalardan fərqli olaraq, bu seçkilərdə heç bir siyasi partiya və ya blokla birləşmək niyyətində deyil.

«Milli İstiqlal Partiyası 2010-cu ildə keçirilən parlament seçkilərinə tək gedəcək. Əməkdaşlıqdan söhbət gedə bilər. Bizə əməkdaşlıq təklifi gəlsə biz o təklifi qəbul edə bilərik və bu təklif barədə müzakirələr apara bilərik. Və bundan başqa deyim ki, biz də əməkdaşlıq təklif edəcəyik siyasi partiyalara. Bu əməkdaşlıq dairələrdə, məntəqələrdə ola bilər».

XS
SM
MD
LG