Gədəbəy rayonunun Qurudərə kənd sakini Səyyaf Musayev deyir ki, aztəminatlı ailə kimi dövlətin ona hər ay üçün ayırdığı 112 manat məbləğində sosial yardımı ala bilmir. O, iddia edir ki, rayon Sosial Müdafiə Mərkəzi sosial yardım alanların qarşısına şərt qoyub. Belə ki, son beş ayın yardımının alınması ilə bağlı sənədə imza atıb yalnız bir aylıq məbləği ala bilərlər. Əks təqdirdə dövlət büdcəsindən ayrılan sosial yardımı almaq mümkün deyil.
Ötən ilin oktyabrından ölkədə ünvanlı sosial yardımın verilməsi dayandırılmışdı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bunu texniki problemlərlə izah edirdi. Səyyaf Musayev:
DÖRD AYIN PULUNU ÖZLƏRİ MƏNİMSƏYİRLƏR
«Altı aydır ki, sosial yardım almıram. Bütün sosial yardım alanlar beş aylıq sosial yardımın alınması ilə bağlı blanka imza atırlar. Bu məbləğin yalnız bir ayını bizə verirlər, qalan dörd ayı isə özləri mənimsəyirlər. Bununla bağlı bütün aidiyyəti qurumlara müraciət etmişik. Prezident Aparatından müraciətimizə cavab gəlib, amma nə olsun, araşdırma aparan yoxdur».
Bu problemlə qarşılaşan isə tək Səyyaf Musayev deyil. Eyni şikayəti kəndin digər sakinlərindən də eşitdik:
BAŞQA ƏLACIM YOX İDİ
- Mən onların bu şərti ilə razılaşmadım, onlardan şikayət ərizəsi yazdım. Mənə deyirlər ki, prezidentə, kimi istəyirsən şikayət et.
- Mən sənədə imza atdım. Bir ayı mənə verdilər, qalan dörd ayın pulunu özləri götürdülər. Başqa əlacım yox idi.
- Poçtalyon gətirir blankı, deyir beş aylığa imza at, bir aylığın pulunu keçiriblər bizə, istəyirsən al, istəyirsən alma. Kimə də istəyirsiniz, şikayət edə bilərsiniz.
Gədəbəy rayonunun 108 kəndi üzrə 3 min ailə ünvanlı sosial yardım alır. Rayonun Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin rəhbəri Rauf Rzayev sakinlərə sosial yardım verilməsi zamanı onlardan hansısa məbləğin tələb edilmədiyini deyir:
HEÇ BİR TUTULMA YOXDUR
«Heç bir tutulma yoxdur. Bütün məbləğə vətəndaşın özü imzasını atır, götürür. Belə bir hala yol verilə bilməz. Biz ancaq yardımın ayrılması üçün sənədlər hazırlayırıq, pulu isə bank, poçt şöbələrindən vətəndaşların özləri son manatına kimi alırlar».
Helsinki Vətəndaş Assambleyasının Qərb Bölgə Nümayəndəliyinin rəhbəri Aslan Vəliyev hesab edir ki, sosial yardımların verilməsi zamanı yol verilən korrupsiya halları planlı şəkildə idarə olunur. Onun sözlərinə görə, bu, tək Gədəbəydə yaranmış problem deyil:
BU, RAYON SƏVİYYƏSİNDƏ OLAN PROBLEM DEYİL
«Ünvanlı sosial yardım alan 300 vətəndaş arasında sorğu keçirdik. Sorğunun nəticələrindən məlum oldu ki, ya kartlarını Sosial Yardım Mərkəzlərinə verirlər, onlar özləri illik ödənişdən altı ayın pulunu çıxırlar, ya da vətəndaşların özləri altı aylıq məbləği qabaqcadan ödəyirlər. Bu, rayon səviyyəsində olan bir problem deyil. Bu, respublikanın bütün ərazilərində mövcuddur və yuxarıdan idarə olunur».
Bayram günü olduğundan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən deyilənlərə münasibət öyrənə bilmədik.
Azərbaycanda ünvanlı sosial yardımlar 2006-cı ilin yayından verilir. Həmin il bu məqsədlə büdcədən 39 milyon manat, 2009-cu ildə isə 210 milyon manat vəsait ayrılıb.
Hazırda ölkədə 153 min ailə - təxminən 700 min adam ünvanlı sosial yardım alır. Hər bir üzvünün aylıq gəliri ehtiyac meyarından, yəni 60 manatdan aşağı olan ailələr ünvanlı sosial yardım üçün müraciət edə bilərlər.