Türkiyədən tikinti və santexnika materialları gətirən sahibkar Bədrəddin Quliyev gömrükdə yenidən problemlə üzləşib. Onun AzadlıqRadiosuna dediyinə görə, yüklə dolu iki maşın Qırmızı körpüdəki yoxlama keçid məntəqəsindən ölkəyə buraxılmır.
Sahibkar bildirir ki, yükün bütün sənədləri qaydasındadır:
«Mənə deyirlər ki, yuxarıdan bizə desinlər sonra buraxaq. Mənim sənədlərim qaydasında olduğu halda, büdcəyə çatacaq bütün vergilər ödənildiyi halda gətirdiyim yük niyə ölkəyə buraxılmır?».
QANUNSUZ TƏLƏB
B.Quliyev iddia edir ki, ondan həm də tələb edirlər ki, gömrük bəyannaməsində gətirdiyi malların qiymətini real qiymətlərdən bir neçə dəfə aşağı göstərsin.
Amma o, bunun mümkünsüz bir iş olduğunu deyir. Bildirir ki, belədə ödəməni hesabdan hesaba apardığından ən ciddi xəbərdarlığı bankdan alacaq. Digər bir problem isə satış zamanı ortaya çıxacaq və vergi orqanları haqlı olaraq malın sənədlərdəki qiymətləri ilə bazar qiymətləri arasındakı fərqi araşdıracaq. Bu araşdırmanın nəticəsi də onun xeyrinə olmayacaq.
B.Quliyev deyir ki, iki ilə yaxındır Türkiyədən mal gətirsə də, son vaxtlar ona problemlər yaradılır.
Sahibkar Türkiyədən mal gətirməzdən əvvəl Rusiyadan kolbasa məmulatlarının idxalı ilə məşğul olub, amma gətirdiyi yük 22 gün gömrükdə saxlandıqdan sonra bu sahədən əl çəkib.
LAP YUXARI İNSTANSİYAYA…
B.Quliyevin sözlərinə görə, üzləşdiyi problemlə bağlı Dövlət Gömrük Komitəsinə, Bakı Şəhər Baş Gömrük və Sumqayıt Gömrük idarələrinə müraciət edib, amma hələ ki, problem öz həllini tapmayıb.
Sahibkarın sözlərinə görə, hara müraciət edirsə, hamı problemin həllinin yuxarılardan asılı olduğu bildirir. Elə bu baxımdan da lap yuxarı instansiyaya – prezidentə müraciət etməyə hazırlaşır.
B.Quliyev deyir ki, ölkədə sahibkarlığa yaradılan əlverişli şəraitdən hər gün danışılır, amma bir neçə ay ərzində dövlət büdcəsinə 1 milyon manata yaxın vergi ödəyən sahibkara işləməyə imkan verilmir. Büdcəyə ödənməli olan pulları ondan rüşvət kimi istəyirlər.
YÜKÜN SƏNƏDLƏRİNDƏ HƏR HANSI PROBLEM YOXDUR, AMMA…
Qırmızı körpü sərhəd yoxlama keçid məntəqəsində yük şöbəsi rəisinin AzadlıqRadiosuna dediyinə görə, B.Quliyevin gətirdiyi yükün sənədlərində hər hansı bir problem yoxdur. Sadəcə, həmin sahibkar bununla bağlı Dövlət Gömrük Komitəsinə müraciət etməlidir və yalnız bundan sonra yük buraxıla bilər.
Dövlət Gömrük Komitəsindən isə deyirlər ki, B.Quliyev məsələ ilə bağlı komitə rəhbərinə məktubla müraciət etməlidir və yalnız bundan sonra məsələnin araşdırılması mümkündür.
Amma Bədrəddin Quliyev deyir ki, ötən gün Dövlət Gömrük Komitəsinin 1-ci müavini Səfər Mehdiyevin qəbuluna düşməyə cəhd etsə də, ona həmin şəxsin məşğul olduğunu bildiriblər.