Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 08:16

Bu dəfə qadınlar da əfv oluna bilər


Prezident yanında Əfv Komissiyasının üzvü Elmira Axundovanın sözlərinə görə, ölkə başçısı İlham Əliyevin mayın 28-nə kimi əfv fərmanı imzalaması istisna olunmur.


Bu dəfə komissiya həmçinin məhbus qadınların və yeniyetmələrin müraciətinə də baxacaq. Növbəti əfv fərmanında qadınların üstünlük təşkil edəcəyi haqda fikirlərə münasibət bildirən Elmira Axundova deyir ki, bu haqda əvvəlcədən danışmaq çətindir. Əfv olunmaq üçün müraciət edən 20-25 nəfər qadının işini komissiya araşdırandan sonra rəyini deyəcək: «Əvvəlcədən nəsə demək çətindir. Bəlkə qadınlar elə ağır cinayət törədiblər ki, onları əfv siyahısına salmaq mümkün olmayacaq. Komissiyada 19 nəfər var, hərənin də öz rəyi».


Amma bununla belə, Elmira Axundova deyir ki, ötən həftə Avropa Şurasının məruzəçisi islah əmək müəssisələrində olandan bəri məhbus qadınların əfvilə bağlı müraciətləri diqqət mərkəzindədir.


Hazırda cəzaçəkmə müəssisələrində 300-dək qadın var. Onların 248-nin ağır cinayət törətdiyi bildirilir. Azərbaycan qanunvericiliyinə görə, cəzasının üçdə ikisini çəkən qadınlar azadlığa buraxıla bilər. Amma indiyədək məhkəmə ağır cinayət törətmiş 12 qadının müraciətinə rədd cavabı verib.


Ölkə başçısı sonuncu dəfə bu ilin yanvarında əfv fərmanı imzalamışdı.


XS
SM
MD
LG