Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 14:36
Rubrikalar

Azərbaycan basketbolçuları İslam Olimpiadasının finalında


Səs: Real audio
“Müstəbid”, “böyük strateq”, “cani”, “Böyük Vətən müharibəsinin qəhrəmanı” I İslam Həmrəyliyi Oyunlarında – İslam Olimpiadasında Azərbaycanın basketbol yığması finala çıxıb. Litvalı Rimas Kurtinaytisin çalışdırdığı Azərbaycan basketbolçuları yarımfinalda İran yığmasının 1 xal fərqiylə 68-67 hesabıyla yenməklə ən azə gümüş medalı təmin ediblər. İslam Oyunlarında artıq 8 oyun keçirən Azərbaycan basketbolçuları Somali, Yəmən, Küveyt, Mərakəş, Suriya və İranı məğlub ediblər. Azərbaycan yığması yalnız meydan sahiblərinə Səudiyyə Ərəbistanına (65-72) və Əlcəzairə, 2-ci qrup mərhələsində (74- 79) uduzublar.



Final oyunu aprelin 19-da olacaq və Azərbaycan yığması qızıl medal uğrunda Əlcəzair millisiylə yarışacaq.



Futbol üzrə Azərbaycan yığması yayda Albaniya yığmasıyla gücünü sınayacaq. Ümumdünya futbol qurumunun – FİFA-nın yoldaşlıq oyunları üçün ayırdığı 17 Avqust tarixində Azərbaycan yığması öncə Yaponiya ilə görüşməyi planlaşdırsa da, sonucda daha real təklifləri nəzərdən keçirib və Albaniya yığmasıyla oynamağa qərar verib. Bu təklifi Albaniya Futbol Federasiyası irəli sürdüyündən oyunun baş tutmasıyla bağlı problemlər yaranmayacağı ehtimal edilir. Buna qədər isəAzərbaycan futbolçuları Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində iyunun 4-də Polşa yığmasını qəbul edəcək.



Çərşənbə günü Futbol üzrə 13-cü Azərbaycan çempionatında 28 turun 4 oyunu keçiriləcək. Çempionatının lideri olan “Qarabağ” “Karat”ı qəbul edəcək. “Qarabağ”dan cəmi 1 xal geri qalan “Neftçi” autsayder “Ədliyyə” ilə gücünü sınayacaq. Yüksək yerlərə iddiasını sürdürən 5-ci yerdəki “Karvan” Qusarda “Şahdağ-Samur”un, “Mərkəzi Ordu İdman Klubu” isə “Gəncə”nin qonağı olacaq.



Aprelin 19-u Azərbaycan boksçuları İstanbulda keçirilən beynəlxalq turnirə qatılıb. 6 gün davam edəcək yarışda Azərbaycan yığmasında Məmməd Eyvazovun başçılığı altında 13 idmançı yarışacaq. 2004 cü il Afina olimpiadasının iştirakçılarından Fuad Aslanov, Şahin İmranov və Cavid Tağıyev də bu yarışda Azərbaycan yığmasının heyətinə daxil edilib. Bu turnirdə iştirak eləməyəcək boksçular - əsasən “Rabitəçi” klubunun üzvləri isə Rasim Məmmədovun rəhbərliyi altında başqa turnirə - Ukraynaya yollanacaq. Aprelin 24-də Kiyevdə başlanacaq bu turnirdə Azərbaycan 11 idmançı ilə təmsil ediləcək.
XS
SM
MD
LG