Keçid linkləri

2024, 28 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 19:37

Aysellə Araşın klipi bəyənilir


Azərbaycanı müsabiqədə Aysellə Araşın «Allways» mahnısı təmsil edəcək
Azərbaycanı müsabiqədə Aysellə Araşın «Allways» mahnısı təmsil edəcək
«Qeyri-rəsmi statistikaya əsasən, Aysellə Araşın «Allways» mahnısına çəkdirdikləri klip bəyənilir. Lakin dəqiq məlumat bir qədər sonra bilinəcək». Bunu «Eurovision» mahnı müsabiqəsi üzrə Azərbaycan heyətinin rəhbəri Adil Kərimli deyir.

Onun dediyinə görə, mahnın və klipin reytinq cədvəlində hansı yeri tutduğu mayın əvvəlində dəqiq bilinəcək. Hələliksə yalnız qeyri-rəsmi məlumatlara görə, mahnının çox böyük maraqla qarşılandığını demək olar.

A.Kərimli deyir ki, Aysel Teymurzadə hazırda Bakıdadır. Amma yaxın vaxtlarda bəzi promo-turların olacağı gözlənilir:

«Bir sıra xarici ölkələrə səfərlər ola bilər. Xüsusilə də Böyük Britaniya, Slovakiyaya səfərlər təşkil edilə bilər. Moskva konserti də çox uğurla keçdi. Orada Ayselin özünə arxayın olmadığını deyənlər nəyə əsaslanırlar, bilmirəm».

Araşın Bakıya gəlişi də gözlənilir. Amma dünya şöhrətli müğənni Azərbaycan paytaxtına nə vaxt təşrif buyuracaq, burda konsert verəcəkmi – hələlik bu sualların da dəqiq cavabları bilinmir.
XS
SM
MD
LG