Keçid linkləri

2024, 02 Noyabr, şənbə, Bakı vaxtı 14:33
Vladimir Putin
Vladimir Putin

Putin deyib ki, Qarabağın statusu ‘gələcəyə’ qalır

Noyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

14:45 28.10.2020

14 nəfər həlak olub

Azərbaycan Baş Prokurorluğu bu gün, oktyabrın 28-də saat 13 radələrində Bərdə şəhərinin atəşə tutulması ilə bağlı növbəti açıqlama yayıb. Həmin açıqlamaya görə isə, nəticədə 14 nəfər həlak olub, 40-dan artıq şəxs yaralanıb.

14:57 28.10.2020

Goranboy və Tərtər rayonları atəşə tutulur

Ermənistan silahlı qüvvələrinin oktyabrın 28-də saat 14.40-dan etibarən Goranboy və Tərtər rayonlarının ərazisini atəşə tutduğu bildirilir.

Bu barədə məlumatı Azərbaycan Müdafiə Nazirliyi (MN) yayıb. Nazirlik vurğulayıb ki, Ermənistan humanitar atəşkəs rejimini kobud şəkildə pozur.

16:26 28.10.2020

Ölənlər 20-ni keçib

Ermənistan silahlı qüvvələrinin oktyabrın 28-də Bərdə şəhərinə raket hücumu nəticəsində ölənlərin sayının 21 nəfərə çatdığı deyilir.

Bu barədə Baş Prokurorluğun növbəti açıqlamasında qeyd edilir.

Qurumun araşdırmasına görə, 21 nəfər həlak olub, 70-ə yaxın şəxs isə yaralanıb.

16:27 28.10.2020

Tərtər yenidən atəşə tutulub

Ermənistan silahlı qüvvələrinin Tərtər rayonunu BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemlərdən və toplardan atəşə tutduğu bildirilir.

Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi (AMN) oktyabrın 28-i, saat 16:10 radələrində məlumat yayıb.

Davamı

XS
SM
MD
LG