Keçid linkləri

2024, 02 Noyabr, şənbə, Bakı vaxtı 02:24
Vladimir Putin
Vladimir Putin

Putin deyib ki, Qarabağın statusu ‘gələcəyə’ qalır

Noyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

13:03 27.10.2020

"Tərtər rayonu atəşə tutulur"

Ermənistan silahlı qüvvələrinin Tərtər şəhəri və rayonun kəndlərini artilleriya atəşinə tutduğu bildirilir.

Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyinin (MN) oktyabrın 27-si, saat 12:50-də yaydığı məlumatda yazılıb ki, Ermənistan yeni humanitar atəşkəs rejimini kobudcasına pozur.

13:46 27.10.2020

Azərbaycanın güc orqanları açıqlama yayıb

Azərbaycan Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti cəbhədəki vəziyyətlə bağlı oktyabrın 27-də birgə bəyanat yayıb.

Bəyanatda bildirildiyinə görə, yeni humanitar atəşkəsə riayət edən Azərbaycan bütün cəbhə boyu qarşı tərəfin törətdiyi təxribatlara təmkinlə yanaşaraq yalnız adekvat tədbirlər görür: "Bundan istifadə edən Ermənistan isə cəbhənin müxtəlif istiqamətləri, xüsusilə də bərpa edilmiş dövlət sərhədləri üzrə vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirməklə növbəti təxribatlarına zəmin yaradır".

Açıqlamaya görə, Ermənistan rəhbərliyi artıq hesablaşmalıdır ki, bərpa edilmiş dövlət sərhədləri münaqişə zonası deyil və Azərbaycanın beynəlxalq birliyin tanıdığı dövlət sərhədidir.

"Bu istiqamətdə baş verən istənilən təxribat ərazi bütövlüyümüzə təcavüz kimi dəyərləndirilir", - deyə qurumlar bildirir.

Bəyanatda yazılıb ki, "dövlət sərhədinin toxunulmazlığı təmin edilməlidir".

14:05 27.10.2020

Paşinyan: "...alınmadı"

"Beynəlxalq ictimaiyyətin, bu dəfə Birləşmiş Ştatların vasitəçiliyi ilə əldə olunmuş atəşkəs alınmadı. Azərbaycan tərəfdən açılan daimi atəş nəticəsində Artsaxda mülki şəxslər öldürülüb və yaralanıb", – Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın 27-də Twitter-də yazıb.

14:45 27.10.2020
27 oktyabr 1999-cu ildə Ermənistan parlamentində qətliam olmuşdu
Gözlə

No media source currently available

0:00 0:01:36 0:00
Direct-ə keçid

Davamı

XS
SM
MD
LG