Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 18:26
Vladimir Putin
Vladimir Putin

Putin deyib ki, Qarabağın statusu ‘gələcəyə’ qalır

Noyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

10:42 4.10.2020

Baş Prokurorluq: Beyləqanda 2 dinc sakin həlak olub

Cəbhə bölgəsindən mülkü insanların həlak olması ilə bağlı xəbərlər gəlməkdə davam edir. Baş Prokurorluğun mətbuat xidməti oktyabrın 4-də bununla bağlı növbəti açıqlama yayıb.

Məlumatda bildiriblər ki, Ermənistan silahlı qüvvələri Beyləqan şəhərinin müxtəlif istiqamətlərində dinc əhalinin evlərini növbəti dəfə ağır artilleriyadan atəşə tutub.Açıqlamaya görə, oktyabrın 3-də saat 19 radələrində 1976-cı il təvəllüdlü şəhər sakinləri Zülfiyyə İsgəndər qızı İsmayılova və bacısı 1998-ci il təvəllüdlü Arzu İsgəndər qızı Əsədova yaşadıqları evə çoxsaylı top mərmilərinin düşməsi nəticəsində dağıntılar altında qalaraq həlak olublar:

“Eyni zamanda, şəhərin müxtəlif yerlərinə düşmüş top mərmilərinin qəlpələrindən 1982-ci il təvəllüdlü şəhər sakinləri Balakişiyev Etibar Təvəkkül oğlu və 1969-cu il təvəllüdlü Bəşirova Sevda Yaşar qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib”

Tərtərdə də yaralanan var

Qurum habelə bildirir ki, oktyabrın 3-də saat 21 radələrində Tərtər rayonu Azad Qaraqoyunlu kəndinə düşmüş top mərmilərinin qəlpələrindən 1966-cı il təvəllüdlü Səfər Əyyub oğlu Məmmədov və Akif Yunis oğlu Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdiriliblər.

Azərbaycanın rəsmi qurumları bundan öncə bildirmişdilər ki, sentyabrın 27-dən, cəbhədə döyüşlər başlayandan bəri onlar tərəfdən mülkü əhalidən 19 nəfər ölüb, 65 nəfər yaralanıb.

10:55 4.10.2020

Azərbaycanın Müdafiə Nazirliyi:“Kəndlərimiz raket və artilleriya atəşinə tutulur”

Ermənistan ərazisindən Füzuli rayonunun ərazisinin raket atəşinə tutulduğu bildirilir.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi (AMN) oktyabrın 4-də saat 10-34-dəməlumat yayıb.

Həmin məlumatda habelə qeyd edilib ki, işğal altında olan Azərbaycan ərazilərindən isə Ağdam və Tərtər rayonunun kəndləri Ermənistan silahlı qüvvələrinin artilleriya atəşinə tutulur.

11:02 4.10.2020

Müdafiə Nazirliyi: “Gəncə atəşə tutulub”

“Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə atəşə tutulub.”

Bu məlumatı da Azərbaycan Müdafiə Nazirliyi (AMN) oktyabrın 4-də saat 10-56-da yayıb.

11:31 4.10.2020

Prezidentin köməkçisi: 500-dən çox fərdi ev tam dağılıb, ya ciddi ziyan dəyib”

“Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Gəncə şəhərinə Ermənistan ərazisindən raketlər atılıb. Ermənistan silahlı qüvvələri qəsdən, məqsədli şəkildə Tərtər şəhərini, Füzuli rayonunun Horadiz şəhərini ağır artilleriyadan və raketlərdən istifadə etməklə atəşə tutub”.

Bu sözləri Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev AZƏRTAC-a açıqlamasında deyib.

Prezidentin köməkçisi bildirib ki, son günlər ərzində Ermənistan tərəfindən insanların sıx şəkildə yaşadığı Azərbaycanın yaşayış məntəqələrinə 10 mindən artıq müxtəlif növ mərmi və raket atılıb, 500-dən çox fərdi ev tam dağılıb, ya onlara ciddi ziyan dəyib.

Onun deməsinə görə, Azərbaycan tərəfi beynəlxalq humanitar hüququ, Cenevrə Konvensiyalarını rəhbər tutaraq beynəlxalq təşkilatlar vasitəsilə Ermənistanın hərbi rəhbərliyini yaşayış məntəqələrini və mülki insanları artilleriya atəşinə tutmaqdan çəkinmək barədə bir neçə dəfə xəbərdar etmişdi:

“ Onlar tərəfindən buna əməl edilmədi və növbəti dəfə riyakarlıq nümayiş etdirildi. Bu, bir daha açıq şəkildə onu göstərir ki, Ermənistanın məqsədi qəsdən mülki insanları hədəfə almaqdır.”

O əlavə edib ki, regionda davamlı sülhü təmin etmək üçün Ermənistan qoşunları BMT Təhlükəsizlik Şurasının qətnamələrinə (1993-cü ildə qəbul edilən 4 qətnaməni nəzərdə tutur) uyğun olaraq Azərbaycanın işğal edilmiş ərazilərindən tam şəkildə çıxarılmalıdır.

Davamı

XS
SM
MD
LG