Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 18:22
Vladimir Putin
Vladimir Putin

Putin deyib ki, Qarabağın statusu ‘gələcəyə’ qalır

Noyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

16:43 28.10.2020

"13 kənd işğaldan azad edilib"

Bu gün, oktyabrın 28-də Azərbaycanın 13 kəndinin də işğaldan azad edildiyi bildirilir.

Bu barədə Azərbaycan prezidenti İlham Əliyev Twitter hesabında paylaşım edib.

"Müzəffər Azərbaycan Ordusu Zəngilanın Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli, Füzulinin Mandılı, Cəbrayılın Qazanzəmi, Xanağabulaq, Çullu, Quşçular, Qaraağac, Qubadlının Qiyaslı, Ədilcə, Qılıcan kəndlərini işğaldan azad etmişdir...", - o yazıb.

16:27 28.10.2020

Tərtər yenidən atəşə tutulub

Ermənistan silahlı qüvvələrinin Tərtər rayonunu BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemlərdən və toplardan atəşə tutduğu bildirilir.

Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi (AMN) oktyabrın 28-i, saat 16:10 radələrində məlumat yayıb.

16:26 28.10.2020

Ölənlər 20-ni keçib

Ermənistan silahlı qüvvələrinin oktyabrın 28-də Bərdə şəhərinə raket hücumu nəticəsində ölənlərin sayının 21 nəfərə çatdığı deyilir.

Bu barədə Baş Prokurorluğun növbəti açıqlamasında qeyd edilir.

Qurumun araşdırmasına görə, 21 nəfər həlak olub, 70-ə yaxın şəxs isə yaralanıb.

14:57 28.10.2020

Goranboy və Tərtər rayonları atəşə tutulur

Ermənistan silahlı qüvvələrinin oktyabrın 28-də saat 14.40-dan etibarən Goranboy və Tərtər rayonlarının ərazisini atəşə tutduğu bildirilir.

Bu barədə məlumatı Azərbaycan Müdafiə Nazirliyi (MN) yayıb. Nazirlik vurğulayıb ki, Ermənistan humanitar atəşkəs rejimini kobud şəkildə pozur.

Davamı

XS
SM
MD
LG