Keçid linkləri

2024, 30 Oktyabr, çərşənbə, Bakı vaxtı 17:18
Vladimir Putin
Vladimir Putin

Putin deyib ki, Qarabağın statusu ‘gələcəyə’ qalır

Noyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

10:18 18.10.2020

“Ağdamda yaralanan var”

Ermənistan silahlı qüvvələrinin Ağdam rayonunu atəşə tutması nəticəsində bir nəfərin yaralandığı bildirilir.

Bu barədə Azərbaycanön Baş Prokurorluğu oktyabrın 18-də açıqlama yayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 17-i saat 21 radələrində qarşı tərəfin silahlı birləşmələri Ağdam rayonunu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutublar:

“ Mahrızlı kənd sakini, 1981-ci il təvəllüdlü Həsənov Ramil Kamal oğlu yaşadığı evin həyətinə top mərmisinin düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb, yaşayış evinə isə külli miqdarda ziyan dəyib.”

Qurum bundan əvvəl, oktyabrın 17-də isə bildirmişdi ki, sentyabrın 27-dən ( cəbhədə döyüşlər başlayandan) Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrini atəşə tutması nəticəsində Azərbaycan tərəfdən 60 mülki insan həlak olub, 270-dən çoxu xəsarət alıb.

10:15 18.10.2020

AMN:“Ermənistan cəbhədə vəziyyəti gərginləşdirir”

“Yeni atəşkəs rejimi elan olunmasına baxmayaraq Ermənistan silahlı qüvvələri gecə ərzində müxtəlif istiqamətlərdə minaatanlar və artilleriya qurğularından istifadə etməklə cəbhədə vəziyyəti gərginlikdə saxlayıblar.”

Bu məlumatı da Azərbaycan Müdafiə Nazirliyi (AMN) oktyabrın 18-i, saat 10 radələrində yayıb.

Məlumatda vurğulanıb ki, Oktyabrın 18-i səhər saat 07.00-dan başlayaraq cəbhənin Ağdərə, Füzuli, Hadrut və Cəbrayıl istiqamətlərində qarşı tərəf hücuma keçməyə cəhd göstərib.

Bildirildiyinə görə, Azərbaycan Ordusunun bölmələri bu hücum cəhdlərinin qarşısını alır.

10:13 18.10.2020

“Ermənistan yeni atəşkəs rejiminə əməl etmir”

Oktyabrın 18-də saat 00.00-dan yeni humanitar atəşkəs rejiminin elan olunmasına baxmayaraq Ermənistan silahlı qüvvələrinin növbəti dəfə razılaşmanı kobud surətdə pozduğu bildirilir.

Bu məlumatı oktyabrın 18-i, səhər saat 6:42-də Azərbaycan Müdafiə Nazirliyi (AMN) yayıb.

Məlumatda vurğulanıb ki, qarşı tərəf Cəbrayıl şəhərinin ətraf ərazilərini, eləcə də bu rayonun Araz çayı boyu yerləşən, işğaldan azad olunmuş kəndlərini gecə ərzində minatan və artilleriya qurğularından atəşə tutub:

“ Şəxsi heyət arasında itki yoxdur. Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.Qoşunlar bütün cəbhə boyu əlverişli hədd, əhəmiyyətli yüksəklik və mövqelərdə müvafiq fəaliyyətlər həyata keçirir.”

Cəbhədə son vəziyyət

Oktyabrın 17-də gün ərzində yeni humanitar atəşkəs rejimi elan olunanadək cəbhənin Ağdərə və Füzuli-Hadrut istiqamətlərində əməliyyat şəraitinin nisbətən sabit olduğu bildirilir.

Bu məlumatı isə Azərbaycan Müdafiə Nazirliyi (AMN) oktyabrın 18-i səhər saat 8:33-də yayıb.

Məlumatda qeyd edilib ki, Azərbaycan qoşunları bütün cəbhə boyu əməliyyat şəraitinə nəzarət edir.

Yenidən hümanitar atəşkəs elan edilib

Azərbaycan və Ermənistan oktyabrın 18-i, yerli vaxtla saat 00.00 dan etibarən müvəqqəti humanitar atəşkəsə razılıq veriblər.

Bu məlumatı oktyabrın 17-də Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) yayıb.

Bundan əvvəl də oktyabrın 10-da saat 12:00-dan etibarən tərəflər arasında hümanitar atəşkəs təmin edilməliydi.Bu barədə bəyanat isə Moskvada Rusiyanin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşündə qəbul edilmişdi.

Amma həmin tarixdən sonra da cəbhədə bir çox istiqamətlərdə döyüşlərin davam etdiyi bildirilirdi.

Azərbaycanın ikinci böyük şəhəri, cəbhə xəttindən uzaq Gəncə oktyabrın 11-i və17-də raket zərbələrinə tutulub.

Nəticədə üst-üstə 23 nəfər dinc sakinin həlak olduğu, 80-dan çoxunun isə yaralandığı açıqlanıb.

Ümumilikdə, son həftə cəbhənin ən müxtəlif istiqamətlərində qarşılıqlı döyüşlərin davam etdiyi, hər iki tərəfdən itkilərin olduğu açıqlanıb.


23:54 17.10.2020

Yenidən hümanitar atəşkəs elan edildi

Azərbaycan və Ermənistan oktyabrın 18-i, yerli vaxtla saat 00.00 dan etibarən müvəqqəti humanitar atəşkəsə razılıq veriblər.

Bu məlumatı bu gün, oktyabrın 17-də Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) yayıb.

Məlumatda yazılıb ki, bu qərar ATƏT-in Minsk Qrupu həmsədr ölkələrini təmsil edən ABŞ, Fransa, Rusiya prezidentlərinin bu il 1 oktyabr bəyanatı, bu qurumun həmsədrlərinin 5 oktyabr bəyanatı və 10 oktyabr Moskva bəyanatına uyğun olaraq qəbul edilib.

Bundan əvvəl oktyabrın 10-da saat 12:00-dan etibarən tərəflər arasında hümanitar atəşkəs təmin edilməliydi.

Bu barədə bəyanat Moskvada Rusiyanin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşündə qəbul edilmişdi.

Amma həmin tarixdən sonra da cəbhədə bir çox istiqamətlərdə döyüşlərin davam etdiyi bildirilirdi.

Davamı

XS
SM
MD
LG