Keçid linkləri

2024, 02 Noyabr, şənbə, Bakı vaxtı 11:24
Vladimir Putin
Vladimir Putin

Putin deyib ki, Qarabağın statusu ‘gələcəyə’ qalır

Noyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

12:49 10.10.2020

Tərtər və Ağdamın atəşə tutulduğu bildirilir

Tərtər və Ağdam rayonlarının ərazisinin atəşə tutulduğu açıqlanıb.

Bu barədə məlumatı Azərbaycan Müdafiə Nazirliyi (AMN) təqribən saat 12-30 radələrində yayıb.

Halbuki, Moskva razılşmasına əsasən oktyabrın 10-u saat 12.00 dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə hərbi əsirlər, digər saxlanılan şəxslər və ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunmalıdır.

10:38 10.10.2020

AMN: “Yaşayış məntəqələri intensiv atəşə məruz qalır”

“Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər, Ağdam, Ağcabədi və Füzuli rayonlarının yaşayış məntəqələrini intensiv atəşə məruz qoyur.”

Bu məlumatı isə Azərbaycan Müdafiə Nazirliyi (AMN) oktyabrın 10-u saat 10-06 radələrində yayıb.


AMN qeyd edib ki, cavab tədbirləri görülür.

10:36 10.10.2020

AMN:“Gecə ərzində gərgin döyüşlər davam edib”

Xocalı istiqamətindən Hadrut qəsəbəsinin yaylım atəşli reaktiv sistemlərdən intensiv atəşə tutulduğu bildirilir.

Bu məlumatı bu gün, oktyabrın 10-da səhər saat 9-24-də Azərbaycan Müdafiə Nazirliyi (AMN) yayıb.
“Ordumuz Ermənistan silahlı qüvvələrinə qarşı adekvat tədbirlər görür”,məlumatda yazılıb.

Azərbaycan dünən, oktyabrın 9-da Hadrut qəsəbəsinin işğaldan azad edildiyini açıqlayıb.

AMN bu məlumatdan təqribən 10 dəqiqə əvvəl yaydığı açıqlamada isə bildirilirdi ki, oktyabrın 9-da günün ikinci yarısından oktyabrın 10-u səhər saatlarınadək bütün cəbhə boyu hərbi əməliyyatlar müxtəlif intensivliklə davam edib

Atəşkəs olacaq

Amma bununla belə yaxın saatlarda atəşkəsin bərpa ediləcəyi gözlənir.

Bununla bağlı oktyabrın 10-u saat 4-57-də Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Məlumatda qeyd edilib ki, Rusiya tərəfinin təşəbbüsü əsasında 9-10 oktyabr tarixlərində Moskva şəhərində keçirilən görüş nəticəsində Rusiya, Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin bəyanatı qəbul edilib.

Bəyanatda yazılana görə, Rusiya prezidenti V.Putinin müraciətinə cavab olaraq, onunla Azərbaycan prezidenti İ.Əliyev və Ermənistan Baş naziri N.Paşinyan arasında əldə olunmuş razılığa əsasən aşağıdakı addımların atılması razılaşdırılıb:

“1. 2020-ci ilin 10 oktyabr tarixi, saat 12.00 dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun kriteriyalarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslər və ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunur;

2. Atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq;

3. Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayırlar;

4. Tərəflər danışıqlar formatının dəyişilməzliyini təsdiq edirlər.

Xatırlatma

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlərin getdiyi bildirilir. Hər iki tərəfdən itkilər olduğu deyilir. Azərbaycan açıqlayıb ki, son günlər 30-dan çox kəndi, Cəbrayıl şəhərini və Hadrut qəsəbəsini işğaldan azad edib.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildəbaşlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib. Atəşkəs olsa da, tez-tez onun pozulduğu bildirilir. Xüsusilə 2016-cı ilin aprelində və bu ilin iyulunda cəbhədə ağır silahların işə düşdüyü, hər iki tərəfdən itkilər olduğu deyilirdi.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Oktyabrın 1-də bu qurumun həmsədr ölkələrinin liderləri birgə bəyanat yayaraq tərəfləri hərbi əməliyyatları dayandırıb, ilkin şərtsiz sülh danışıqlarını bərpa etməyə çağırmışdı.

04:03 10.10.2020

Bakı və Yerevan atəşkəsə razılaşdılar

Moskvada Dağlıq Qarabağa dair Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri – Sergey Lavrov, Ceyhun BayramovZohrab Mnatsakanyan arasında keçirilən üçtərəfli danışıqlarda Bakı və Yerevan Qarabağda atəşin dayandırılmasına razılaşıblar.

Atəşkəs oktyabrın 10-da saat 12:00-da qüvvəyə minir.

Danışıqlar 12 saat müddətində, demək olar fasiləsiz davam edib.

Bu barədə məlumatı Sergey Lavrova istinadən RIA Novosti agentliyi verib.

Lavrov deyib ki, Rusiya prezidenti Vladimir Putinin çağırışı ilə, habelə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında razılaşmalara müvafiq olaraq tərəflər humanitar məqsədlə hərbi əsirlərin və başqa saxlanan şəxslərin Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə dəyişdirilməsi üçün oktyabrın 10-u, saat 12-dən atəşin dayandırılmasına dair razılığa gəliblər.

Bu da bildirilir ki, Bakı və Yerevan münaqişənin dinc yolla ən qısa müddətdə tənzimlənməsi məqsədilə “substantiv danışıqlara” başlamaq barədə razılaşma əldə ediblər.

Məlumatda vurğulanır ki, tərəflər habelə Qarabağa dair danışıqlar formatının dəyişməzliyini təsdiq ediblər.

Davamı

XS
SM
MD
LG