Keçid linkləri

2024, 05 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:42
Vladimir Putin
Vladimir Putin

Putin deyib ki, Qarabağın statusu ‘gələcəyə’ qalır

Noyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

19:45 7.10.2020

Mərkəzi Komanda Məntəqəsində operativ müşavirə keçirilib

Oktyabrın 7-də Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində operativ müşavirə keçirilib.

AZƏRTAC-ın məlumatına görə, müşavirədə Müdafiə Nazirliyinin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirləri iştirak edib.

Müdafiə naziri Zakir Həsənov prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verib.

17:05 7.10.2020

'Döyüşlər dayanmalıdır'

Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel oktyabrın 7-də Avropa Parlamentinin Brüsseldəki iclasında Dağlıq Qarabağ münaqişəsinə toxunub.

"Mövqeyimiz aydındır: döyüşlər dayanmalıdır. Hər iki tərəf mənalı danışıqlara qoşulmalıdırlar. Son 30 il ərzində ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar çox da uğurlu olmayıb... Münaqişənin hərbi yolla həlli yoxdur, xarici müdaxiləyə yol verilməməlidir", – diplomat vurğulayıb.

15:25 7.10.2020

Yenidən atəşə tutulur

Ermənistan ordusunun Tərtər və Füzuli rayonlarının yaşayış məntəqələrini yenidən atəşə tutduğu bildirilir.

Bu barədə oktyabrın 7-si saat 14:45-də Azərbaycan Müdafiə Nazirliyi (AMN) məlumat yayıb.

13:31 7.10.2020

Xındırıstanda mərmidən ölən olduğu bildirilir

Ağdam rayonunun Xındırıstan kənd sakininin mərmidən həlak olduğu deyilir.

Bu barədə Azərbaycan Baş Prokurorluğu oktyabrın 7-də məlumat yayıb.

Qurumun mətbuat xidmətindən bildiriblər ki, işğalçı ölkənin silahlı qüvvələri Ağdam rayonunu müxtəlif istiqamətlərdən atəşə tutub. Qeyd edilib ki, Xındırıstan kəndində yaşadığı evə mərmi düşməsi nəticəsində 1945-ci il təvəllüdlü Zərifə Əliyeva həlak olub.

Baş Prokurorluğun mətbuat xidmətindən bundan əvvəl verilən məlumata görə, sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrini atəşə tutması nəticəsində Azərbaycan tərəfdən 28 mülki şəxs həlak olub, 144 nəfər yaralanıb.

Davamı

XS
SM
MD
LG