Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 02:15
Vladimir Putin
Vladimir Putin

Putin deyib ki, Qarabağın statusu ‘gələcəyə’ qalır

Noyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

14:18 1.10.2020

H.Hacıyev: "Ermənistan ərazisindən Azərbaycana hücumlar..."

Azərbaycan prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev cəbhədəki vəziyyətlə bağlı açıqlama verib.

AZƏRTAC-ın xəbərinə görə, H.Hacıyev deyib: "Ermənistan silahlı qüvvələrinin qəsdən və hədəflənmiş şəkildə yaşayış məntəqələrini artilleriyadan atəşə tutması nəticəsində ikisi uşaq olmaqla, 17 nəfər mülki şəxs həlak olub, 51 nəfər yaralanıb...".

Onun qeyd etməsinə görə, Ermənistanın bu əməlləri ilə sivil dəyərlərdən kənar olduğunu göstərir: "Ölkəmizə qarşı növbəti təcavüz aktı kimi bu gün (oktyabrın 1-də) Ermənistanın Goris rayonu istiqamətindən Azərbaycan ərazisi raket atəşinə məruz qalıb. Bu, artıq Ermənistan ərazisindən Azərbaycana qarşı həyata keçirilən ikinci hücum aktıdır...".

Onun vurğulamasına görə, raket zərbəsi nəticəsində məcburi köçkünlər üçün yeni salınmış Cocuq Mərcanlı kəndində 20-yə yaxın evə zərər dəyib: "... Ermənistan ərazisindən Azərbaycana qarşı hücumlar dayandırılmadığı halda, atəşi həyata keçirən legitim hərbi hədəflərə qarşı adekvat tədbirlər görüləcək".

10:43 1.10.2020
Azərbaycanda müharibə vaxtı 'müharibəyə yox' deyənlər
Gözlə

No media source currently available

0:00 0:04:48 0:00

10:38 1.10.2020

Tərtər atəşə tutulur, ölən var

"Oktyabrın 1-i səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini yenidən artilleriya atəşinə tutur".

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi (AMN) oktyabrın 1-də səhər saat 9:51-də məlumat yayıb.

Azərbaycan Baş Prokurorluğundan isə bildiriblər ki, oktyabrın 1-də saat 09 radələrində işğalçı ölkənin silahlı qüvvələrinin atdığı və Tərtər şəhər avtovağzalına düşən top mərmisinin qəlpələrindən 1982-cı il təvəllüdlü Zabil Həsənov həlak olub, avtovağzala ciddi ziyan dəyib.

Baş Prokurorluq bildirir ki, son günlər cəbhə bölgəsində Ermənistan silahlı qüvvələrinin zərbələrindən 16 mülki şəxs ölüb, 55 dinc sakin də müxtəlif xəsarətlər alıb.

10:06 1.10.2020

Rusiya və Fransa Dağlıq Qarabağda atəşkəsə çağırır

Rusiya prezidenti Vladimir Putin və onun fransalı həmkarı Emmanuel Makron Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında atəşkəsə çağırıb.

Kremlin oktyabrın 1-də bildirməsinə görə, iki prezident telefon söhbətində Dağlıq Qarabağda son döyüşləri səngitməyin diplomatik yollarını müzakirə ediblər.

"Vladimir Putin və Emmanuel Makron qarşı tərəfləri dərhal tam atəşkəsi icra etməyə, gərginliyi azaltmağa, maksimum təmkin göstərməyə çağırıb", – Kreml bildirir.

İki lider ATƏT-in Minsk qrupu adından döyüşlərin dayandırılması və danışıqların bərpasına dəstək ifadə edən bəyanat verməyə hazır olduqlarını deyiblər. Rusiya, Fransa və ABŞ Minsk qrupunun həmsədr ölkələridir.

Davamı

XS
SM
MD
LG